Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni mətbuatı: “Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmir”

Tarix: 15-04-2021 21:16     Baxış: 3173 A- / A+
Erməni mətbuatı: “Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmir”

Azərbaycan Prezidenti Kremldən Rusiyanın “İskəndər” raket sisteminin haradan ortaya çıxmasının (Şuşa şəhərində tapılan “İskəndər” raketinin qalıqlarının – red) izahını tələb edir.

Başqa sözlə, Əliyev Rusiyaya qarşı dayanmaq üçün siyasi imkanlara malikdir və bu münasibət Qərb və Türkiyənin əlinə oynayır.

Bu barədə aravot-ru.am portalında dərc edilən yazıda qeyd olunur.

“İndi Orta Şərqdə və Cənubi Qafqazda iki böyük regional güc mövcuddur: Rusiya və Türkiyə. Hər iki ölkə üçün də Azərbaycan əsas və olduqca vacib bir oyunçudur. Sual yaranır, bəs Ermənistan?

Belə bir təəssürat yaranır ki, Ermənistan, ayrıca bir subyekt kimi, qəbul edilmir. Azərbaycan və ya Türkiyə Ermənistanın atdığı hər hansı bir addımdan narazı olarsa, bu ölkələrin liderləri Ermənistan dövlətinin himayədarı olan Rusiyaya müraciət edirlər. Ermənistana Azərbaycandan nəsə lazım olanda yenə də Rusiyaya müraciət edirik. Hər iki halda nə Azərbaycan, nə Türkiyə, nə də Rusiya bizi müstəqil dövlət saymır”, - yazıda qeyd olunur./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar