Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistana “İsgəndər M” raketlərinin verilməsi haqda tarixi fakt - ŞƏKİL

Tarix: 15-04-2021 18:01     Baxış: 3142 A- / A+
Ermənistana “İsgəndər M” raketlərinin verilməsi haqda tarixi fakt - ŞƏKİL

Azərbaycan prezidenti Şuşa şəhərinin "İsgəndər" raketləri ilə atəşə tutulması ilə bağlı Kremldən rəsmi izahat gözləyir. Rusiya onları Ermənistana göndərmədiyini bəyan etsə də Azərbaycanda hesab edirlər ki, Şuşada tapılan raket mühərrikinin nömrəsi onun rusiyalı hərbçilər tərəfindən işə salındığını göstərir.

"Kommersant" qəzetinin 08.09.2018-ci il tarixli nömrəsində dərc olunmuş məqalə ilə tanış olsaq, cavabın üzrə olduğunu görmək olar. "Nikol Paşinyan Kremlin qarşısında dayanacaq" sərlövhəli məqalə Vladimir Putinlə yaxınlarda hakimiyyətə yiyələnmış Nikol Paşinyan arasındakı gərgin münasibətlərə həsr olunub.

Robert Köçəryanın həbsi, general Yuri Xaçaturovun məhkəmə təqibi və "Cənubi Qafqaz Dəmir Yolu" Səhmdar Cəımiyyətinin Yerevan ofisində axtarış səbəbindən münaqişəli münasibətlərin müzakirəsilə yanaşı Ermənistana silah tədarükündən də bəhs olunur.

2016-cı ildə Yerevan "Smerç" reaktiv yaylım atəşi sisteminin onlarla buraxılış qurğusunu, "İqla-C" daşınan komplekslərin, "Avtobaza-M" yerüstü radiotexnika kəşfiyyat kompleksini və 200 milyon dollarlıq digər texnika alıb.

Qəzetin hərbi mənbəyi bildirib ki, 2016-cı ildə Ermənistan 9M723 raketlərilə "İsgəndər-M" operativ-taktiki raket komplekslərin divizionunu alıb.

"De-yure bu, raket texnologiyalarının yayılması haqqında müqaviləni pozur, çünki bu raketlərin hədəfi məhvetmə məsafəsi 300 kilometrdən çoxdur”, - mənbə etiraf edib.

Moskvada belə bir addım atmağa məcbur olublar: daha çox hücum silahı arsenalına malik Azərbaycanla hərbi paritet üçün Ermənistana təcili operativ-taktiki raket kompleksləri lazım idi. Ermənistan üçün "İsgəndər-E” ixrac modifikasiyasının yaradılmasına vaxt tələb olunurdu ki, Bakı Dağlıq Qarabağa hücum etməyi qərara aldığı təqdirdə buna vaxt yox idi”, - məqalədə bildirilir.

Bu yazı "İsgəndər-M"in Ermənistanda necə olması və Azərbaycana qarşı necə tətbiq olunması məsələsinə aydınlıq gətirir.

Lakin insident bitməyib, tərəflər arasında yaranmış yeni vəziyyət ətrafında "sıx müzakirələr" gedir", - ötən gün Putinin mətbuat katibi bildirib./Turan

Manevr.az
Ermənistana “İsgəndər M” raketlərinin verilməsi haqda tarixi fakt - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar