Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyev ona məğlub oldu

Tarix: 15-04-2021 12:44     Baxış: 3129 A- / A+
Ramiz Mehdiyev ona məğlub oldu

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bir müddət əvvəl tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub.

Manevr.az xəbər verir ki, bu barədə Əlövsət Quliyev öz sosial şəbəkə hesabında məlumat verib:

"Bu gün Rəyasət Heyətinin iclasında məni öz vəzifəmə qaytarmağa səs verdilər. Rəyasət Heyətinin üzvlərinə təşəkkür edirəm. Qoy hər yerdə ədalət zəfər çalısın”.

Xatırladaq ki, martın 16-da Səbail Rayon Məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılmışdı.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar vermişdi.

Qeyd edək ki, 11 dekabr 2020-ci ildə keçirilən AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilmiş, onun yerinə akademik Qərib Məmmədov direktor v.i.e. təyin olunmuşdu./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar