Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Laçın koridoru" məsələsində yol verdiyimiz ciddi səhv (ŞƏRH/VİDEO)

Tarix: 15-04-2021 11:50     Baxış: 4246 A- / A+
"Laçın koridoru" məsələsində yol verdiyimiz ciddi səhv (ŞƏRH/VİDEO)

"Laçın dəhlizi" ifadəsiylə o ərazidən sanki beynəlxalq hüququn subyektlərini ya da bir dövlət ilə onun anklav ərazisini birləşdirən bir yol kimi bəhs etmək doğru deyil”.

Manevr.az xəbər verir ki, bu sözləri politoloq Araz Aslanlı Qarabağ məsələsində yaranmış vəziyyəti şərh edərkən deyib. Onun sözlərinə görə, "Dağlıq Qarabağ” ifadəsinin mediada və diplomatik müzakirələrdə işlənilməsi düzgün deyil:
"Laçın koridoru" məsələsində yol verdiyimiz ciddi səhv (ŞƏRH/VİDEO)

"1998-ci ildən başlayaraq Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi olmadığını, "Dağlıq Qarabağ" ifadəsinin qüsurlu olduğunu, bu ifadənin işlədilməməli olduğunu irəli sürdük, Azərbaycan mediasına bununla bağlı geniş izahatı və təklifləri əhatə edən müraciətlər göndərdik. Türkiyədə və Azərbaycanda keçirilən konfranslarda münaqişənin mahiyyət və terminologiyası ilə bağlı məruzələr etdim, münaqişəyə yanaşma strategiyamızı dəyişdirməli olduğumuzu bildirdim. Çox məntiqli və haqlı olduğumuzu dedilər. Amma uzun müddət demək olar ki, nəzərə alan olmadı. İndi sevinirik ki, bu mövqe ən yüksək səviyyədə dövlət tərəfindən qəbul və elan olunur.

Amma başqa problemli yanaşma və ifadə davam edir: "Laçın koridoru" ("Laçın dəhlizi")

Ola bilsin ki, yanaşmam düzgün deyil. Amma mənim fikrimcə, ölkəmizin bir inzibati ərazi vahidini digər inzibati ərazi vahidinə, ya da dövlət sərhədinə birləşdirən yol dəhliz ("koridor") adlandırıla bilməz. "Laçın dəhlizi" kimi adlandırılan ərazi Xocalı və Şuşa rayonlarını, eləcə də Xankəndi şəhərini Azərbaycan-Ermənistan sərhədinə bağlayan yoldur.

Bu yol və ərazilərimizin digər müəyyən hissəsi üzərində suverenliyimizi bərpa etməməyimiz başqa (arzuolunmaz) məsələdir, inşallah uğurlu strategiya ilə o məsələ də həll olunar. Amma "Laçın dəhlizi" ifadəsiylə o ərazidən sanki beynəlxalq hüququn subyektlərini ya da bir dövlət ilə onun anklav ərazisini (Azərbaycan ilə Naxçıvan MR, Rusiya ilə Kalininqrad və s.) birləşdirən bir yolmuş kimi bəhs etmək doğru deyil. Termin və yanaşmalar strategiyanın vacib parçalarıdır. Bu səbəbdən çox diqqətli olmalıyıq”./qaynarinfo

Manevr.az
"Laçın koridoru" məsələsində yol verdiyimiz ciddi səhv

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar