Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Şərtlərimiz yerinə yetirilməyənədək erməni diversantları qaytara bilmərik" - Politoloq

Tarix: 11-04-2021 19:10     Baxış: 4199 A- / A+
"Şərtlərimiz yerinə yetirilməyənədək erməni diversantları qaytara bilmərik" - Politoloq

Ölkəmizdəki erməni diversantların azad edilməsi ilə bağlı məsələləri hansısa mərhələdə müzakirə edə bilərik. Lakin bunun üçün şərtlərimiz yerinə yetirilməlidir. Yəni minalanmış ərazilərin xəritəsi verilməli, Laçın dəhlizi nəzarətə götürülməli və Şuşaya atılan “İsgəndər-M” raketi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, rəsmi Yeravan Bakının şərtlərini yerinə yetirmədiyi təqdirdə onların qaytarılması barədə məsələlər müzakirə edilə bilməz:

“Ermənistandakı və Rusiyadakı siyasi dairələr anlamalıdır ki, şərtlərimiz yerinə yetirilməyənədək ölkəmizdəki erməni diversantları qaytara bilmərik. Bu, Azərbaycanın maraqlarına uyğun deyil”.

Politoloq qeyd edib ki, Rusiya erməni diversantların qaytarılmasını istəsə də, ölkəmizə açıq-aşkar təzyiq göstərmir:

“Rusiyanın Baş prokuroru İqor Krasnovun Bakıya və Yeravana göndərilməsi Moskvanın erməni diversantlarla bağlı problemin həllində maraqlı olmasını göstərir. Lakin biz belə bir anda bu addımı ata bilməzdik. Çünki bu hal Ermənistanın Rusiya ilə birgə ölkəmizə təzyiq etməsi görüntüsünü yarada bilər.

Həmçinin Qərbdən də müəyyən dairələr bu “əsir”lər mövzusunu gündəmə gətirməyə çalışırlar. Lakin bu məsələni kimlərsə qaldıra bilsə də, ölkəmizə təzyiq edə bilməz”.

Manevr.az
[media=http://https://www.youtube.com/watch?v=6XxnkNmkVmE&feature=emb_imp_woyt]

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar