Xəbər lenti
Karapetyan Moskvadan geri qayıtdı – Rusiya ssenarisi?

Rusiyada yaşayan erməni milyonçu, Sərkisyanın hakimiyyəti zamanı baş nazir və baş nazirin müavini vəzifələrini daşıyan Karen Karapetyan Moskvadan İrəvana qayıdıb.
Manevr.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Onu aeroportda keçmiş və hazırkı bəzi məmurlar qarşılayıb.
Karen Karapetyanın İrəvana qayıtması diqqət çəkir. Vaxtilə onun hakimiyyəti Sərkisyandan təhvil almaq üçün Rusiyanın kadrı kimi Ermənistana gəldiyi bildirilirdi. Lakin Sərkisyan hakimiyyəti ona ötürmək əvəzinə özü baş nazir olmaq qərarı verdi. Nikol Paşinyanın küçə inqilabı zamanı isə Karapetyan hakimiyyəti saxlaya bilmədi və Moskvaya getdi.
İndi onun Robert Köçəryanla birləşəcəyi qeyd olunur. K.Karapetyanın geri qayıtması və siyasi mübarizəyə qatılması isə Rusiyanın bəzi dairələrinin Ermənistanda 20 iyun parlament seçkiləri ilə bağlı müəyyən planı kimi xarakterizə olunur./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar