Xəbər lenti
Rusiyanın hərəkəti mesaj idi: “Azərbaycana “gözdağı” verməyə çalışırlar”
Türkdilli dövlət başçılarının sammiti ilə eyni gündə Rusiya Müdafiə Nazirinin müavininin Xankəndiyə səfəri heç də təsadüfi görünmür. İllərdir regionda “yellər əsdirən”, türkdilli dövlətlərin bir araya gəlməsini qəbullana bilməyən Rusiya bununla sanki Azərbaycana “gözdağı” verməyə çalışdı.
Siyasi şərhçi Turab Rzayev bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Türküstan şəhərində keçiriləcək Turan sammitinə Rusiyanın qıcıqlandığını açıq şəkildə görmək olur.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçirilməsi fonunda Rusiya müdafiə naziri müavininin Qarabağa səfəri mesaj xarakteri daşıyırdı. Çünki bu səfər zamanı heç də bizə xoş olmayan görüntülər sərgiləndi. Orada kazarma açılışı oldu və daha 25-nin açılmasının nəzərdə tutulduğu, onların hər birində isə 120 əsgərin yerləşdiriləcəyi söyləndi. Bu da toplamda 3 min əsgər deməkdir. Bu bizim 1690 əsgər yerləşdirməklə bağlı müqaviləmizə ziddir.
İkincisi isə, orada hərbi hospitalın açılması və yerli sakinlərin işə götürülməsi ilə bağlı məsələ gündəmə gəldi. Bundan başqa aeroportun uzadılması, daha 600-800 m-lik zolağın əlavə olunması barədə fikirlər söyləndi. Bütün bunlar onu göstərir ki, Rusiya qəsdən Azərbaycanla münasibətləri gərir.
Rusiya məmuru Dağlıq Qarabağa səfər zamanı ilk öncə Bakıdan icazə almalı, əvvəlcə Bakıya daha sonra isə Qarabağa səfər etməli və həmin açılışlarda mütləq Azərbaycan müdafiə nazirinin müavini iştirak etməli idi. Lakin biz bunların heç birini görmədik”.
Siyasi şərhçinin sözlərinə görə, bundan əvvəl Qazaxıstan bu sammiti canlı keçirmək istəyirdi və böyük ehtimal, Rusiyanın təzyiqlərindən sonra online formata çevirdilər.
“Çünki əks halda Ərdoğan Türküstan şəhərinə səfər edəcəkdi və bu Rusiyanı açıq şəkildə qıcıqlandıracaqdı. Daha bir məsələni onda görürük ki, Ərdoğan orada sanki türkdilli ölkələri bir daha qınadı. O, belə bir açıqlama verdi ki, siz İlham Əliyev qardaşımı Qarabağdakı qələbəyə görə təbrik etməlisiniz. Bunun ardınca isə Nazarbayev açıq şəkildə İlham Əliyevi təbrik etdi və ardınca digərləri də təbrikə qoşuldular. Əlbəttə ki, daha əvvəl neytrallığını göstərmək istəyən bu ölkələrin Azərbaycana daha səmimi, qardaş münasibəti Rusiyanı qıcıqlandırmaya bilməzdi.
Bu ölkələr özləri birbaşa Türkiyə ilə yaxınlaşıb. Məsələn, Qazaxıstanın Türkiyə ilə hərbi əməkdaşlıq haqqında müqaviləsi var. 30 ilə yaxındır Türkiyə ilə Özbəkistanın münasibətləri çox gərgin idi. Artıq indi Özbəkistanla Türkiyə ortaq hərbi təlimlər keçirir. Əlavə olaraq Türkmənistanla Azərbaycan arasında da 30 ilə yaxındır ki, problemlər var idi və artıq biz də dostluq münasibətlərini başlatmışıq. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya artıq regionda çevrələndiyini və artan Türkiyə təsirini görür. Bundan çox narahat olur və bizim yaramıza basaraq çıxartmağa çalışır. Biz isə əvəzində onlara göstəririk ki, hər şeyi görürük. Məhz hökümətə yaxın mediada “İsgəndər” raketinin “M” olması və Rusiyadan atılma ehtimalının səsləndirilməsi əslində bizim açıq cavabımızdır. Azərbaycan dövləti Rusiyaya açıq cavab verir ki, biz hər şeyi görürük və hər şeyin fərqindəyik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar