Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Cənubi Qafqazın hər üç ölkəsində Rusiya əsgərləri var” - ABŞ-ın ölkəmizdəki sabiq səfirindən maraqlı açıqlama

Tarix: 31-03-2021 23:19     Baxış: 4153 A- / A+
“Cənubi Qafqazın hər üç ölkəsində Rusiya əsgərləri var” - ABŞ-ın ölkəmizdəki sabiq səfirindən maraqlı açıqlama

ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekuta CNN Türk telekanalına müsahibə verib. Qarabağ müharibəsinin nəticələrindən, Türkiyənin regiondakı rolundan və digər məsələlərdən danışıb.

Manevr.az xəbər verir ki, keçmiş səfir Cənubi Qafqazdakı vəziyyətin müharibəyə qədər də kövrək olduğunu deyib. "Dəfələrlə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi zərurətini ifadə etdik. Azərbaycan torpaqlarının işğalı belə davam edə bilməzdi. Ermənistanın təhlükəsizliklə bağlı narahatlıqları da davam edə bilməzdi. Ötən payızda yaşanan müharibə nəticəsində bölgədəki geosiyasi vəziyyət dəyişdi. SSRİ-nin dağılmasından sonra ilk dəfədir ki, Cənubi Qafqazın hər üç ölkəsində Rusiya əsgərləri var. Ermənistanda onsuz da vardılar. Gürcüstana 2008-ci ildə işğalla girdilər. İndi isə Azərbaycandadırlar”,- Robert Sekuta bildirib.

Diplomat qeyd edib ki, Türkiyə Azərbaycana həm mənəvi, həm hərbi-siyasi dəstək verən çox önəmli müttəfiqdir. Və qarşıdakı dövrlərdə Türkiyənin regiondakı ixtilafların aradan qaldırılmasında, davamlı sülhün təmin edilməsində kritik rol oynayacağı gözlənilir.


Səfir Sekuta daha sonra Türkiyənin NATO və Rusiya ilə münasibətlərini şərh edib. Bildirib ki, Türkiyə çox önəmli və dəyərli NATO üzvüdür.

"ABŞ və Türkiyənin mümkün ola biləcək ən yaxın münasibətlərə malik olması çox önəmlidir. Suriya regiondakı ən qarışıq problemdir. Cənubi Qafqaz da qarışıqdır. Təbii ki, Türkiyənin planları haqda şərh verə bilmərəm, amma Amerika olaraq Türkiyənin regionda məsuliyyətli rol oynamasını istəyirik. Çünki bölgədə nə baş verirsə versin, birbaşa Türkiyəyə təsir edir. Çox çətin bölgədir. Suriya getdikcə qarışır və insanlıq böhranı böyüyür. Türkiyədəki qaçqınların sayı, Suriyadan qaçqın düşənlər artır. Rusiyanın Əsədə dəstək verməsi və Əsədin güzəştə getməməsi vəziyyəti daha da ağırlaşdırır”,-Robert Sekuta bildirib.

Əlavə edib ki, bütün bu məsələlərdə ABŞ Türkiyənin müttəfiq olaraq qalmasını, onunla birlikdə çalışmasını görmək istəyir./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar