Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir” – BSU bu bəyanat müəllifinin fəxri doktor ünvanını geri ala biləcək?

Tarix: 29-03-2021 22:24     Baxış: 4147 A- / A+
“Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir” – BSU bu bəyanat müəllifinin fəxri doktor ünvanını geri ala biləcək?

5 oktyabr 2016-cı ildən bəri VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasındakı Ədalətli Rusiya fraksiyasının rəhbəri Sergey Mixayloviç Mironov “Rusiyanın ərazilərini genişləndirməyə nail olmalıdır” deyə, bəyanatla çıxış edib.

Manevr.az yenicag.az-a istinadən xəbər verir ki, onun rəhbərlik etdiyi partiya keçmiş SSRİ məkanında harada separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçib.

Sergey Mironov bəyanatında bildirib ki, Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbas və keçmiş Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir.

Onun sözlərindən belə çıxır ki, 30 ilə yaxın bir müddətdə ərazisi işğal altında olan Azərbaycan üç minə yaxın şəhid, 10 minə yaxın yaralı verərək işğaldan azad etdiyi torpaqları Rusiyaya hədiyyə etməlidir.

Bu fikrin sahibi olan Sergey Mironov Bakı Slavyan Universitetinin (BSU) Fəxri doktorudur. Çox maraqlıdır ki, Sergey Mironova Fəxri doktor adı Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində, iki xalq arasında mədəni və mənəvi əlaqələrin genişlənməsində, regionda sülh və razılığın əldə olunmasında göstərdiyi şəxsi xidmətlərinə görə 23 may 2002-ci il tarixində verilib.

Əldə etdiyimiz məlumata görə, Sergey Mironovun bu bəyanatı BSU-nun müəllim heyəti tərəfindən birmənalı qarışlanmayıb. Müəllimlər ondan bu adın alınmasını istəyirlər.

BSU rəhbərliyinin məsələ ilə bağlı hansı addımı atacağı maraqla gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar