Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Ölkədən necə çıxa bilməsi ilə bağlı...” - Deputat Nəcməddin Sadıqovdan DANIŞDI

Tarix: 25-03-2021 15:52     Baxış: 4274 A- / A+
“Ölkədən necə çıxa bilməsi ilə bağlı...” - Deputat Nəcməddin Sadıqovdan DANIŞDI

“Açığı, Nəcməddin Sadıqov üçün darıxmamışdım deyə videoya deyil, elə şəkillərə baxdım. Deyirlər, güc göstərir… Durub da, onun duruşu odur. Həm də kim general-polkovnik olsa, 30 il Müdafiə Nazirlinin Baş Qərargah rəisi işləsə, elə dayanar”.

Manevr.az xəbər verir ki, bunu pravda.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıqovun sosial şəbəkələrdə yayılan videogörüntüləri barədə danışarkən deyib.
“Ölkədən necə çıxa bilməsi ilə bağlı...” - Deputat Nəcməddin Sadıqovdan DANIŞDI

Deputat bildirib ki, Nəcməddin Sadıqov 2016-cı ilin aprel döyüşlərində çox əziyyət çəkib: “Bu səbəbdən Nəcməddin Sadıqova 5 illik istirahət verilib. Ölkədən necə çıxa bilməsi ilə bağlı isə bir məlumatım yoxdur. Hər halda icazə verilib ki, çıxa bilib. Doğrudur, cəmiyyət həmin video görüntüləri xoş qarşılamadı… Ümumiyyətlə, dövlət öz işini bizdən yaxşı bilir, Prezident də çıxışlarında qeyd edib ki, nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yəni ya Nəcməddin Sadıqov, ya qeyri Nəcməddin Sadıqov, hər kəslə bağlı qərarı dövlət verəcək. Qaldı ki, görüntülərə, bax, sən də Baş Qərargah rəisi işləsən, elə durarsan, 30 villan olar, Dubaya da, üstəlik Kanadaya da səyahətə gedərsən”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar