Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan və Rusiyada haray-həşir salıblar: Türkiyə "Turan ordusu" yaradır

Tarix: 22-03-2021 23:02     Baxış: 4276 A- / A+
Ermənistan və Rusiyada haray-həşir salıblar: Türkiyə "Turan ordusu" yaradır

Azərbaycanın ardınca Mərkəzi Asiyanın türkdilli dövlətləri də Türkiyə ilə hərbi ittifaqı gücləndirməyə qərar veriblər.

Manevr.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu doğru qərar adlandırıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev "Qazaxıstan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi haqqında” qanunu imzalayıb. Saziş hələ 2018-ci ilin sentyabrın 13-də imzalanıb.

Sənədin əsas məqsədi Qazaxıstan və Türkiyə arasında bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uzunmüddətli hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsidir. İki ölkə arasındakı qarşılıqlı münasibətlər hərbi təlim və təhsil, birgə təlimlər, müdafiə sənayesi, sülhməramlı əməliyyatlar, hərbi, elmi və texniki tədqiqatlar və bir sıra digər sahələr kimi hərbi əməkdaşlıq istiqamətlərini ehtiva edir.

Bundan iki gün əvvəl isə Özbəkistan prezidenti Şövkət Mirziyeyev də ölkəsinin Türkiyə ilə imzaladığı hərbi-maliyyə sazişini təsdiq edib. Türkiyənin müdafiə naziri Hulusi Akar ötən il Özbəkistana səfəri zamanı iki ölkə arasındakı hərbi əməkdaşllığın inkişaf etidirlməsi məsələlərini müzakirə etmişdi. Türkiyə Azərbaycanın timsalında olduğu kimi Özbəkistan gəncləri üçün də hərbi akademiyalarının qapılarını açacaq.
E.Şahinoğlu deyir ki, Ermənistan və Rusiyadakı bəlli dairələr buna görə haray-həşir salıblar ki, Türkiyə "Turan ordusu” yaradır.

"Adını nə qoyurlar qoysunlar, Türkiyə Azərbaycan başqa olmaqla türkdilli ölkələrlə siyasi, iqtisadi və hərbi inteqrasiyanı gücləndirmək istəyir. Bu istək qarşılıqlıdır. Çünki, Azərbaycan, Qazaxıstan və Özbəkistan Türkiyənin hərbi dəstəyi sayəsində imperialist dairələrin təxribatlarından özlərini qorumaq istəyirlər. Bunun üçün isə ciddi əsas var. Rusiya prezidenti "kim bizimlə deyilsə, bizə qarşıdır” deyirsə, türkdilli dövlətlərin Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdən başqa alternativi yoxdur. Bunu Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi qələbə də sübut edir”./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar