Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Ermənilər rus sülhməramlıların köməyi ilə ərazimizi minalayır" - VİDEO

Tarix: 22-03-2021 11:51     Baxış: 3196 A- / A+
"Ermənilər rus sülhməramlıların köməyi ilə ərazimizi minalayır" - VİDEO

Azərbaycanın xüsusi xidmət qurumları Ermənistana qarşı antiterror əməliyyatı aparılması istiqamətində zəruri və qətiyyətli addımlar atmalıdır. Onlar yalnız bundan sonra minalanmış ərazilərin xəritəsini verməyə məcbur olacaqlar.

Bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında politoloq Elxan Şükürlü deyib. O bildirib ki, azad olunan ərazilərin demək olar ki, hamısı minalanıb:

"Minaların təmizlənməsi prosesi həm böyük vəsait tələb edəcək, həm də uzun bir vaxt aparacaq. Bu, onların işğalçılıq, terror siyasətinin növbəti davamıdır. Onlar xəritəni mütləq təqdim etməlidir. Belə xəritənin olmaması barədə arqumentləri tamamilə əsassızdır. Həmçinin biz də Ermənistandan gözləməli deyilik ki, beynəlxalq qanunlara əməl etsinlər. Çünki Ermənistan terror dövlətidir. Bu, rəsmi şəkildə sübut olunub və öz siyasətlərində də əksini tapıb. Bu məsələ Ermənistan məqsədli şəkildə prosesi uzadır. Biz başa düşməliyik ki, Ermənistan tərəfi hüquqi dili deyil, gücü anlayır. Bu səbəbdən növbəti addımlarımızı buna uyğun atmalıyıq.

Bundan başqa xəritələrlə bağlı beynəlxalq hüququn özündə konkret tələblər olsa da, boşluqlar da var. Ermənilər iddia edə bilər ki, sülh deyil, atəşkəs sazişi imzalandığı üçün xəritəni təqdim etmirlər”.

Politoloq onu da qeyd edib ki, ermənilər müxtəlif ad altında azad olunan torpaqlarımıza keçərək, yenidən minalanma işlərini davam etdirirlər:

"Ermənilər meyitlərin götürülməsi adı ilə, hətta rus sülhməramlıların köməyi ilə ərazilərimizi minalayırlar. Müvafiq qurumlar yəqin ki, bu barədə açıqlama verərlər ki, son bir neçə ayda onlar yeni minaların basdırılması ilə məşğul olub. Ermənistan bu gün nə 10 noyabr, nə də 11 yanvar sazişinə əməl edir”.

Manevr.az
https://www.youtube.com/watch?v=rahJ649zFZk&feature=emb_imp_woyt

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar