Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Bəzi YAP üzvləri də həbsdədir, indi onlar siyasi məhbusdur?” - Deputat

Tarix: 22-03-2021 11:31     Baxış: 3331 A- / A+
“Bəzi YAP üzvləri də həbsdədir, indi onlar siyasi məhbusdur?” - Deputat

“Siyasi məhbus ifadəsini kim icad edib və ümumiyyətlə, Azərbaycanda hansısa partiyanın üzvü olduğundan kimisə həbs ediblər? Avropa təşkilatları bu məsələni özlərindən uydurublar. Niyə Ermənistanda həbs olunanlara belə reaksiya yoxdur, niyə susurlar, onların həbs olunanlarına siyasi məhbus adı nə üçün qoymurlar? Mən siyasi məhbus terminin qəbul etmirəm”.

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi Rayon Təşkilatının sədri Məlahət İbrahimqızı Azadlıq Radiosuna müsahibəsində deyib.

Məlahət İbrahimqızı deyir ki, Azərbaycanda həbs olunanlar siyasi fəaliyyətlərinə görə cəzalandırılmayıb:

“Onlar qanunları pozduqları üçün cəza alıblar. Azərbaycanda heç vaxt kimisə siyasi baxışlarına görə həbs etməyiblər. Ona qalsa Yeni Azərbaycan Partiyasının üzvləri də həbs olunub”

Xanım deputat daha sonra da deyib:

“Cənab Prezident deyib ki, hər hansı partiya üzvünün xidməti onun vəzifədə etdiklərinə bəraət vermir. Nə olsun ki, hakim partiyanın üzvüdür. YAP üzvü hamıya nümunə olmalıdır. Çünki iqtidar partiyası müxalifət partiyasından daha çox məsuliyyət daşıyır. Hakim partiyanın ilk illərindən üzvü olmuş adamlar var ki, həbsdədirlər, onda onlar da siyasi məhbus olduqları üçün müraciət yaysınlar? Əksinə, son illər aparılan siyasi islahatlar, iqtidar-müxalifət dialoqu da tamam başqa mənzərə yaradıb”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar