Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Putindən qonşu ölkələrə HƏDƏLƏYİCİ MESAJLAR

Tarix: 21-03-2021 20:27     Baxış: 3256 A- / A+
Putindən qonşu ölkələrə HƏDƏLƏYİCİ MESAJLAR

Pandemiyaya baxmayaraq, Krımın Rusiyaya birləşdirilməsinin 7 illiyi ilə bağlı Moskvanın «Lujniki” stadionunda minlərlə pərəstişkarı qarşısında çıxışında Rusiya prezidenti Vladimir Putinin qonşu ölkələrlə bağlı hədələyici fikrini belə oxumaq lazımdır: “Bizim yanımızda olmayan, bizə qarşıdır və belələrinə qarşı tədbirlər görəcəyik”.

Manevr.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Moskvadan verdiyi mesajları şərh edərkən bildirib.
“Əslində Kreml sahibi haqqında danışdığı “tədbirəri” səsləndirmədən də həyata keçirir. Gürcüstanla 2008-ci il müharibəsi, Abxaziya və Cənubi Osetiyanın qoparılmasının “rəsmiləşdiirlməsi”, 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqində separatçı bölgənin yaradılması həmin “tədbirlərin” tərkib hissəsidir. Putin və onun əlaltıları zaman-zaman hətta sözdə strateji müttəfiq adlandırdıqları Qazaxıstanı da hədələyirlər, yəni bir gün Astana xarici siyasətində ciddi dəyişiklik etsə, onu da Ukraynanın gününə salacaqlarının mesajını verirlər”,-E.Şahinoğlu deyib.

Politoloqun fikrincə, belə vəziyyətdə Rusiyanın vassalı olmaq istəməyən ölkələr aralarındakı əlaqələri gücləndirməlidirlər.

“Misal üçün bu ayın sonunda Qazaxıstanın Türküstan şəhərində türkdilli ölkə liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Azərbaycan Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirmək yolunu seçib, başda Qazaxıstan olmaqla Mərkəzi Asiyanın digər dövlətlərinin də bu ittifaqa qoşulması gərəkliyi artıb, əka halda Rusiya növbəti həddəfini təkləməyə çalışacaq”./hit.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar