Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yevgeni Mixaylov: “ATƏT ikiüzlülük göstərir, erməni revanşizmi isə mümkün deyil”

Tarix: 20-03-2021 21:36     Baxış: 3244 A- / A+
Yevgeni Mixaylov: “ATƏT ikiüzlülük göstərir, erməni revanşizmi isə mümkün deyil”

ATƏT faktoru bu həftə aktiv şəkildə müzakirə olunur. Bu təşkilatın hazırkı sədri Ann Linde bölgəyə səfər edib və Minsk Qrupunu dəstəklədiklərini bildirib. Bakıda bu sözlərə xüsusi əhəmiyyət verilmədi, amma İrəvanda böyük coşğu ilə qarşılandı. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həllinin yalnız ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində mümkün olduğunu, bunun üçün “sülh prosesinin bərpası naminə” Minsk Qrupunun fəaliyyətini aktivləşdirməyin lazım olduğunu bildirib. Yenidən “Qarabağın statusunu müəyyənləşdirilməsi” və “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu reallaşdırmağın” zəruriliyi barədə qəribə fikirlər səsləndirildi.

Elə təəssürat yaranır ki, N.Paşinyan Azərbaycanın tərkib hissəsi olmaqdan başqa Qarabağın hər hansı bir statusunu istisna edən bəyanata öz imzasını çəkdiyini unudub. Nədənsə işğalçı rejimin keçmiş “funksioneri” David Babayanla İrəvanda görüşən Ann Linde özü də münaqişənin həll edildiyini və Qarabağda hansısa separatçı rejimin olmadığını unutmuş kimi görünür.

ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə göndərdiyi məktubdan isə görünür ki, ABŞ administrasiyası regiondakı vəziyyətin dəyişdiyini anlayır. Mətndə “sülh prosesinin bərpasına” deyil, ABŞ-ın “firavan və dinc gələcək naminə Ermənistanla Azərbaycan arasında barışığın təşviq edilməsinə” diqqət yetirilməsi təsadüfi deyil.

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” adlı “Youtube” kanalınını aparıcısı Yevgeni Mixaylov Caliber.az-a açıqlamasında qeyd edib ki, Ann Lindenin mövcud olmayan bir qurumun “nümayəndəsi” ilə görüşməsi açıq şəkildə təxribatdır.

“Aydındır ki, Qarabağ Azərbaycandır. Status məsələsini müzakirə etməyin anlamı yoxdur. Avropa sadəcə artıq həll edilmiş vəziyyətə ATƏT-in köməyi ilə bir növ qarşıdurma gətirməyə çalışır. ATƏT kənarda qaldı, münaqişəni üç ölkə - Rusiya, Azərbaycan və Ermənistan həll etdi. Bu zaman Türkiyə faktoru da nəzərə alındı”.

- Minsk qrupu mövcud olduğu 30 ilə yaxın zamanda işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması üçün heç bir addım atmadı. İndi hər şey dünyanın bütün nəhəng güclərinin də qəbul etdiyi kimi Azərbaycanın qələbəsi ilə başa çatdıqda ATƏT öz oyununu oynamağa başlayır. Sülhməramlılıqdan danışmaq və eyni zamanda məğlub separatçı rejimdən mənasız insanlarla görüşmək ikiüzlülükdür. ATƏT-in nəzəri cəhətdən mümkün olan bütün müsbət təşəbbüsləri bu görüşlə silindi. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi müəyyən nəticələr çıxarıb.

- Bununla belə, ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ prezidentinin məktubunda artıq digər məqamlar görünür. Elə təəssürat yaranır ki, Vaşinqtonda Qarabağ münaqişəsinin onların iştirakı olmadan həll edildiyini anlayıblar. Sizə elə gəlmir?

- ABŞ-da anlayıblar ki, nə qədər çalışsalar da, “münaqişənin həlli qatarı” artıq gedib, onlar isə qatara çatmayıblar. Ancaq hər halda, illuziyalara qapılmağa dəyməz. ABŞ-da güclü erməni diasporası var və bunun təsiri ola bilər, o zaman isə ABŞ rəsmilərindən başqa açıqlamalar gələcək. İstənilən halda Vaşinqton regionu yaxından izləyəcək.

- Erməni cəmiyyətinin müəyyən hissəsinin qalmaqallarla məşhur siyasətçi Jirayr Sefilyan tərəfindən tez-tez səsləndirilən əhval-ruhiyyəsi haqqında soruşmaya bilmərəm. Bu günlərdə o, bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanat sadəcə kağızdır. Ermənistan isə bütün “itirilmiş torpaqları”, eləcə də Naxçıvan, İğdır, Qars və s. qaytaracaq. Əlbəttə, bu sözlər cəfəngiyyat kimi qəbul edilə bilər. Lakin Ermənistanda kimsə onu dinləyir axı...

- Bu bəyanatlara əlbəttə ki, ciddi yanaşmağa dəyməz. Erməni revanşizmi mümkün deyil. Ancaq erməni ictimaiyyətində bu cür əhval-ruhiyyənin olduğu da nəzərə alınmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar