Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya ABŞ-dakı səfirini geri çağırdı

Tarix: 18-03-2021 07:37     Baxış: 3188 A- / A+
Rusiya ABŞ-dakı səfirini geri çağırdı

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün Moskvaya məsləhətləşməyə çağırılıb.

Bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib”, deyə M.Zaxarova vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden “ABC” telekanalına verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinin ABŞ-da prezident seçkilərinə "müdaxilənin əvəzini ödəyəcəyini" söyləmişdi. Bayden yanvar ayında rus həmkarını mümkün nəticələr barədə "xəbərdar etdiyini" bildirmişdi.

Xatırladaq ki, martın 16-da ABŞ Milli Kəşfiyyat Direktorunun ofisi Moskvanın Donald Trampın yenidən seçilməsinə kömək etmək, Baydeni nüfuzdan salmaq və Amerika cəmiyyətinə "nifaq toxumu səpmək" cəhdində günahlandırıldığı elan etmişdi. Sənədə görə, bu əməliyyatların “bir qrup Rusiya hökumət təşkilatı” tərəfindən həyata keçirildiyi iddia edilir. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar