Xəbər lenti
Ermənistan ordusu öz xalqına necə təcavüz edir? - VİDEO

Ermənistan mətbuatında müharibədən sonra ölkə ordusundakı cinayət işləri ilə bağlı statistika dərc edilib.
Bu barədə "Caliber” müstəqil jurnalist layihəsinin "YouTube” kanalında yerləşdirilmiş növbəti videosüjetdə bildirilib.
Materialda qeyd olunur ki, müharibədən sonrakı aylar ərzində Emənistanın istintaq orqanları tərəfindən ordudakı kütləvi fərarilik, korrupsiya, səlahiyyətlərdən sui-istifadə, dövlət əmlakının satılması və mənimsənilməsi kimi hallar üzrə 1500-ə yaxın cinayət işi açılıb.
"Belə cinayətlərin arasında erməni çağırışçılarının kütləvi zorlanması hadisələrini xüsusilə qeyd etmək lazımdır. Erməni zabitlərinin öz əsgərlərinin anaları və bacıları ilə olan münasibətləri isə əsl biabırçılıqdır. Əsgərlərin öz zabitlərini güllələməsi hallarının bir çoxu məhz belə faktların nəticəsidir”, - deyə süjetdə bildirilir.
Qeyd olunur ki, sadalanan cinayətlərlə bağlı artıq 500-dən çox hərbçi cinayət məsuliyyətinə cəlb olunub.
Daha ətraflı "Caliber”in süjetində:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar