Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Aramızı vurmaq istəyirlər” - Hafiz Hacıyev deputat haqda dediklərinə aydınlıq gətirdi

Tarix: 15-03-2021 18:33     Baxış: 3149 A- / A+
“Aramızı vurmaq istəyirlər” - Hafiz Hacıyev deputat haqda dediklərinə aydınlıq gətirdi

“Mətbuatda mənim Eldar Quliyev haqqında xoşagəlməz ifadələr işlətdiyimi əks etdirən açıqlamam yayılıb. Təxmini 20 gündür, dişlərimi müalicə etdirirəm, danışa bilmirəm. Görünür, bundan dolayı jurnalist dediklərimi səhv eşidib”.

Manevr.az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev yerli mediada deputat Eldar Quliyev haqqında yayımlanan açıqlaması barədə danışarkən deyib.

Hafiz Hacıyev Eldar Quliyev haqqında həmişə xoş sözlər dediyini bildirib:

“O ağsaqqaldır, ləyaqətli insandır, mənim dostumdur. Eldar Quliyev tərbiyəli adamdır. Görünür, açıqlamanı dərc edən saytın əməkdaşı mən danışanda tələffüzümlə əlaqədar dediklərimi səhv başa düşüb. Eldar müəllimə qarşı xoşagəlməz söz mənim dilimdən çıxa bilməz. Onun xətrini çox istəyirəm. Dövlətçiliyə sadiq, dövləti sevən insandır, ölkə başçısının siyasətini dəstəkləyib”.

Eldar Quliyevlə dost, mənəvi qardaş olduğunu vurğulayan H. Hacıyev deyib ki, onların arasına heç kim girə bilməz:

“O, təmiz, tərbiyəli, ləyaqətli adamdır. Mən poliklinikadayam, zənglərə cavab verə bilmirəm. Həmin açıqlamanı yayan jurnalistlə də danışa bilmədim. Sizdən xahişim, bu fikirlərimi yayın, kifayət edər”.

Xatırladaq ki, Hafiz Hacıyevin adından yayılan qalmqallı açıqlamada bu fikirlər yer alıb:

"Əgər Eldar Quliyev açıq deyirsə ki, mən Fransaya gedib fahişə ilə görüşdüm, artıq onun kim olması cəmiyyətə bəllidir. Bunların hamısı əxlaqsızdırlar. Deputat Eldar Quliyev xaricə səfərlər edəndə tez-tez oradakı əxlaqsızlıq yuvalarına gedir, oradakı qadınlara pul xərcləyir, fahişəxanalarda özünü biabır edir. Sonra da çıxıb yalandan deyir ki, guya Fransada olarkən fahişə görüb və onunla söhbət edib. Adama sual verərlər ki, ay Eldar Quliyev, sən Milli Məclisin deputatı ola-ola Fransada fahişəxanada nə gəzirdin? Baxın görün ki, bu adamlar dövlətimizin başını necə yerə soxurlar. Bunlar həm özlərini, həm də dövləti biabır edirlər. Eldar Quliyev tək deyil, onun kimi başqa deputatlar da var ki, gedib Avropa ölkələrində yüz avroluq fahişələrə pul xərcləyirlər. Sonra da gəlib Azərbaycanda kişilikdən danışırlar. Bu cür deputatlar Azərbaycanın adına başqaxıncıdırlar". /modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar