Xəbər lenti
ABŞ türk diplomatın erməni qatilini Qarabağa görə azad etdi - VİDEO

Azərbaycan-Türkiyə əməkdaşlığı və II Qarabağ müharibəsindəki qələbə erməni diasporunu hərəkətə keçirdi və onlar Baş konsul Kamal Arıkanı öldürən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə nail oldular.
Bu barədə ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında türk araşdırmaçı jurnalist Güngör Yavuzaslan deyib. O bildirib ki, terrorçu Hampiq Sasunyanın azad edilməsi barədə Los Anceles Ali Məhkəməsinin qərarı hüquqa zidd və ədalətsizdir:
"Hesab edirəm ki, Azərbaycan - Türkiyə əməkdaşlığı və II Qarabağ müharibəsindəki qələbə həm Avropa, həm də ABŞ-dakı erməni diasporunu hərəkətə keçirdi. Los Anceles şəhərindəki erməni lobbisi bu məsələyə qarışdı və Ali Məhkəməyə terrorçunun sərbəst buraxılması barədə qərar qəbul etdirdilər. Lakin ölkəmiz bununla razılaşmayacaq və Türkiyə Ədliyyə naziri bu qərara hüquqi etiraz edəcək”.
Güngör Yavuzaslan onu da qeyd edib ki, diplomatların toxunulmaz olmasına baxmayaraq, ermənilər 1973-1991-ci illərdə 58 türk vətəndaşını – 31 diplomat və onların ailə üzvlərini şəhid ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar