Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sərdar Cəlaloğlu ilə deputat arasında qalmaqal: “Səfehliyini nəzərə alaraq...”

Tarix: 13-03-2021 13:36     Baxış: 3195 A- / A+
Sərdar Cəlaloğlu ilə deputat arasında qalmaqal: “Səfehliyini nəzərə alaraq...”

“Qədim Romada qulağında halqa gəzdirən bir dəstə adam vardı. Bunlar danışdıqları sözə görə məsuliyyətə cəlb olunmurdular. Çünki cəmiyyət bu şəxsləri səfeh olaraq qəbul edirdi və onların kiməsə qarşı davranışları və söylədikləri hüquqi mübahisə doğurmurdu. Azərbaycanda bu kateqoriyadan adam obrazı barədə düşünərkən ilk öncə ağlıma gələn Sərdar Cəlaloğlu kimliyi olur".

Manevr.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, Sərdar Cəlaloğlu elmdən anlayışı olmadığı halda Nobel mükafatı alacağına özü ağılda olanları bir müddət inandırmağa çalışıb: “Sonra da ərəbcə elementar bilgisi olmadığı halda Qurana ən azı 30 cildlik təfsir yazdığını dilə gətirdi və özü ağılda olanları buna da inandırmaq üçün var-gəl etdi. İndi də açıqlama verib ki, bəs Fazil Mustafanın rəhbərlik etdiyi partiyanın mövcud olmasına nə ehtiyac var və təklif edib ki, biz də Yeni Azərbaycan partiyasına birləşək. Əlbəttə, mən başqa partiyaya belə bir tövsiyə verənin səfehliyini nəzərə alaraq bu mövzu üzərində durmayacağam. Sadəcə bir məqama diqqət çəkmək istəyirəm ki, mənim və rəhbərlik etdiyim partiyanın mövcudluğu bu cür səfehlərin siyasət sferasında yer alaraq cəmiyyəti aldatmasının, düşüncə sistemimizə daşıdığı qeyri-elmi və mənasız mülahizələrin boy atmasının qarşısını almaq üçün çox vacibdir. Çünki bura Roma olsaydı, bu tipləri çox rahat seçib-ayırmaq olardı. Ancaq Şeyx Nəsrullahın ölü diriltdiyi yeganə məmləkət olduğumuza görə bu kimi qaragüruhçulara və milli səfehlərə qarşı mübarizə missiyanı ölkənin sağlam gələcəyini düşünənlər hökmən öz üzərinə götürməlidir"./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar