Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Zəngəzur dəhlizinin yaradılmasına mane olsa, Azərbaycan Laçın dəhlizini bağlayacaq

Tarix: 11-03-2021 13:17     Baxış: 3173 A- / A+
Ermənistan Zəngəzur dəhlizinin yaradılmasına mane olsa, Azərbaycan Laçın dəhlizini bağlayacaq

Ermənistan bundan sonra da Zəngəzur dəhlizinin yaradılmasına dair razılaşmanın reallaşdırılmasına mane olmağa çalışarsa, Azərbaycan Bəyanatın altıncı bəndinin müvafiq müddəasının yerinə yetirilməsinə veto qoya bilər.

Manevr.az Oxuməni.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının üzvü, professor Kamran Rüstəmov axar.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zəngəzurdan keçən dəhliz çox mühüm bir təşəbbüsdür və bu, İran, Rusiya və Türkiyə kimi region ölkələrinin də logistika imkanlarının artması ilə Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sistemini genişləndirməyə imkan verəcək.

“Bu nəqliyyat dəhlizi regionun Orta və Yaxın Şərqin nəqliyyat sisteminə çıxışına imkan yaradacaq. Bütün bunlar həm regionun imkanlarını xeyli genişləndirəcək, həm də bu qlobal nəqliyyat-kommunikasiya sisteminə daxil olan ölkələrin iqtisadiyyatına əlavə töhfə verəcək.

Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi Azərbaycan ilə Türkiyə arasında məsafəni 400 km azaldacaq.

Ermənistan nəinki iqtisadi blokadadan çıxacaq, həm də dünya nəqliyyat sistemində mühüm oyunçusuna çevrilmək şansı əldə edəcək. Bütün bunlar Ermənistan iqtisadiyyatına çox böyük gəlirlər gətirə bilər. Lakin müxalif qüvvələr bütün imkanları ilə Ermənistanın inkişafına imkan verməməyə çalışırlar. Prinsip köhnədir: dövlət və xalq üçün nə qədər pis olarsa, müxalifətin hakimiyyətə keçmək şansı bir o qədər də artar”, – deyə azərbaycanlı alim qeyd edib.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildə imzalanan Bəyanatın 6-cı bəndində Azərbaycan nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyinə zəmanət verib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar