Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Mehri dəhlizini niyə açmır? – “Özləri yalvaracaqlar...”

Tarix: 10-03-2021 17:14     Baxış: 3163 A- / A+
Ermənistan Mehri dəhlizini niyə açmır? – “Özləri yalvaracaqlar...”

44 günlük Vətən Müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatın bu gün 4 ayı tamam olur. Məlumdur ki, onun əsas şərtlərindən biri Azərbaycanın Laçın dəhlizini açmasının müqabilində Ermənistanın da Mehri dəhlizini açması idi. Yəni Zəngəzur yolu açılmalıydı. Lakin indiyədək Ermənistan tərəfi bu istiqamətdə heç bir addım atmayıb.

Maraqlıdır, Ermənistan bəyanatın bu şərtini niyə yerinə yetirmir?

Manevr.az xəbər verir ki, mövzu barədə yenisabah.az-a danışan Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, hazırda Ermənistanda siyasi böhran hökm sürür:

“Ölkə başçısı da bu haqda danışdı və “Mehri dəhlizinin açılmasına ermənilər hələ ki razılıq vermir”,-dedi. Prezident çox qətiyyətli şəkildə bildirdi ki, lazım gəlsə, zor tətbiq edərək biz bu dəhlizin açılmasına nail olacağıq. Onu da əlavə etdi ki, Mehri dəhlizinin açılması ideyası həm də Rusiyanın özünə məxsusdur. Ermənistanda hazırda siyasi böhrandır, ölkənin Baş naziri ilə Baş Qərargah rəisi arasında ciddi mübarizə gedir, hətta hərbi çevrilişə cəhd də var. Bundan başqa Qarabağ klanının nümayəndələri Mehri dəhlizinin açılmasının guya yalnız Türkiyə və Azərbaycana üstünlük gətirəcəyini iddia edir. Halbuki dünənə qədər hay çəkib, “Azərbaycanla Türkiyə bizi blokadaya alıb, dünyaya açılmağa imkan vermirlər, beynəlxalq və iqtisadi layihələrə qoşulmaq üçün şərait yaratmırlar”,-deyə qışqırırdılar. Sən mənim torpağımı işğal edəcəksən, soyqırım törədəcəksən, mən də sənə inkişaf üçün şərait yaradacam?”
Ermənistan Mehri dəhlizini niyə açmır? – “Özləri yalvaracaqlar...”

Politoloq millətçilik azarına tutulduqlarını, ona görə gerçəkliyi normal dərk edə bilmədiklərini diqqətə çatdırıb:

“İndi vəziyyət dəyişib, torpaqlarımızın, demək olar ki, hamısını azad etmişik. Kommunikasiya xətlərinin açılması da 10 noyabr Moskva razılaşmasında öz əksini tapıb. Bu kommunikasiya xətlərinin içərisində Mehri dəhlizinin açılması, oradan keçən dəmiryolunun bərpası, Azərbaycanın Mincivan stansiyasından Naxçıvana gedən yolun birləşdirilməsindən söhbət gedir. Bu ruslara hava-su kimi lazımdır, çünki onlar bilirlər ki, Mehri dəhlizindən sonra həmin dəmiryolunu İrəvanadək uzatmaq mümkündür”.

Həmsöhbətimiz vurğulayıb ki, bu, Rusiyanın bölgədə saxladığı hərbi bazaların təminatına lazım olan əşyaların daha ucuz qiymətə daşınmasına və mütəmadi əlaqələrin olmasına kömək edəcək:

“Üstəlik Azərbaycan hazırda Bərdədən dəmiryolu xəttini Ağdama qədər uzadır, artıq tikinti işlərinə başlanıb, xeyli məsafə qət edilib. Ağdamdan sonra da dəmiryolunun Xankəndinə qədər uzadılması nəzərdə tutulur. Layihədə bu barədə danışılıb. Amma ermənilər bu cür davranmağa davam edəcəklərsə, onların blokadada saxlanması nə Türkiyə ilə, nə də Azərbaycanla sərhədlərin açımasına imkan verəcək. Özləri yalvardıqda, Rusiyanın təzyiqi ilə bu məsələyə razı olduqdan sonra məsələ həll oluna bilər”.
Ermənistan Mehri dəhlizini niyə açmır? – “Özləri yalvaracaqlar...”

Siyasi şərhçi bölgədə mühüm logistika tədbirlərinin həyata keçirildiyini bildirib:

“Bu tədbirlərə İran da qoşulmaq istəyir. Əgər bu kiçicik, cəmi 40 kilometrlik Mehri dəhlizi açılsa, ermənilər Avropaya da gedə biləcək. Onlar Yaxın Şərqin bütün ölkələrinə dəmiryolu ilə gedəcəklər. Dəmiryolları şəbəkəsinin elə böyük perspektivləri açılır ki, bu ilk növbədə Ermənistanın maddi rifahına səbəb olacaq, Ermənistanın xarici ticarət dövriyyəsi artacaq. Bununla yanaşı Ermənistan tranzit xətlərdən müəyyən qədər pul qazanacaq. Çünki ərazisindən keçən dəmir və şose yollarına görə ölkəyə pul ödəyirlər. Üstəlik, ermənilər özlərini yaxşı aparsalar, yəni aranı qarışdırmağa davam etməsələr, bölgədə əmin-amanlıq yaranar, kommunikasiya və logistika tədbirlərinin həyata keçirilməsi geniş vüsət alar, ətrafdakı bütün ölkələrlə birbaşa əlaqələr saxlamaq imkanına nail ola bilər. Gümrüdən Qarsadək onların dəmiryolu var, o dəmiryolu saz vəziyyətdədir, oraya qatar buraxıla bilər. Bu dəhlizin açılmasından daha çox xeyiri Ermənistan götürəcək. Amma bunun Azərbaycan üçün də əhəmiyyəti var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar