Xəbər lenti
Ermənistan bu halda xəritədən silinəcək - Korotçenko
Ermənistanda hakimiyyətə qisasçılar gələcəyi təqdirdə, ölkə dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalacaq. İrəvanda radikallar yenidən müharibə tələb edirlər və Ermənistanı tarixdə görünməmiş dərəcədə çıxılmaz vəziyyətə doğru sürükləyirlər.
Manevr.az xəbər verir ki, bu barədə “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada, Xocalı faciəsinin qurbanlarının anma gecəsində vurğulayıb.
“Azərbaycan və Türkiyə erməni xalqına kömək əlini uzadaraq kommunikasiyaların bərpa olunmasının, dinc həyatın qurulmasının zəruriliyini deyirlər. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən regiondakı bütün ölkələrin inkişafı üçün altıtərəfli iqtisadi proqram təklif olunub. Bu, hesab edirəm ki, həqiqətən tam düzgün və humanist siyasətdir”, - Korotçenko deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici KİV-lər üçün Bakıda keçən mətbuat konfransı barədə danışan İ.Korotçenko vurğulayıb ki, dövlət başçısı mühüm anları səsləndirib. O, diqqəti ona çəkib ki, Azərbaycan müharibənin vurduğu yaraları ən qısa vaxtda sağaltmaq, vaxtilə işğal altında olan ərazilərin inkişafına yeni təkan vermək, Dağlıq Qarabağı Cənubi Qafqazın incisinə çevirmək niyyətindədir.
“Bir daha qeyd edim ki, regionda bütün sülh dəyişikliklərinin əsasına Azərbaycanın möhtəşəm hərbi qələbəsi sayəsində nail olunub və bu qələbə 2020-ci ilin beynəlxalq gündəliyində ən başlıca hadisəyə çevrilib”, - Korotçenko qeyd edib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar