Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Paşinyan yaxın günlərdə ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək...”

Tarix: 28-02-2021 14:33     Baxış: 4165 A- / A+
“Paşinyan yaxın günlərdə ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək...”

Ermənistan yaxın zamanlarda hərbi çevrilişdən sonra tamam başqa siyasi düzəndə yuxudan oyanacaq.

Bunu ötən gün fevralın 27-də “Komsomolskaya pravda” radiosunun efirində LDPR lideri Vladimir Jirinovski deyib. Rusiya Dövlət Dumasının vitse-spikeri hesab edir ki, Ermənistanda indi ən ağır ictimai-siyasi böhran yaşanır. Parlamentin iclasını da keçirmək mümkün olmur, çünki indiki baş nazir Nikol Paşinyanın fraksiyası iclasa gəlmir.

Jirinovski qeyd edib ki, bu gün Yerevanda dəyirmi masa arxasında dialoq mümkün deyil. Onun sözlərinə görə, Ermənistan şərqdə, Qafqazda yerləşir, orada isə bütün problemləri güc yolu ilə həll edirlər. Rusiyalı siyasətçini təxmin edir ki, yaxın bir neçə gündə baş nazir Paşinyan ya xaricə qaçmalı olacaq, ya da ABŞ səfirliyində gizlənəcək. Jirinovski Ermənistanda köklü siyasi islahatların qaçılmaz olduğunu deyib.

Jirinovski bundan əvvəl Ermənistanın Yerevan quberniyası statusunda zorla Rusiyanın tərkibinə daxil edilməsinə çağırmışdı.

Xatırladaq ki, Nikol Paşinyanın “İsgəndər” raketlərinin Qarabağ müharibəsində işə yaramadığı, yaxud “10 faiz partladığı” haqda açıqlamalarından sonra Rusiyadan ona kəskin hücumlar başlayıb. Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini, general-leytenant Tiqran Xaçatryan Paşinyanın bu açıqlamasına istehza ilə yanaşandan sonra istefaya göndərilib. Onun ardınca Baş qərargah rəisi Onik Qasparyan və bütün hərbi birlik komandirləri Paşinyanın istefasını tələb edən bəyanat veriblər. Paşinyan Qasparyanı da vəzifəsindən azad etmək barədə prezidentə təqdimat verib, amma prezident Armen Sərkisyan həmin təqdimatı imzalamayıb və geri qaytarıb. Hazırda müxalifətin Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir./jirtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar