Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın dəhlizi, Xankəndi, Xocalı, Ağdərə və Xocavəndlə bağlı AÇIQLAMA

Tarix: 27-02-2021 18:24     Baxış: 4174 A- / A+
Laçın dəhlizi, Xankəndi, Xocalı, Ağdərə və Xocavəndlə bağlı AÇIQLAMA

Ermənistanda baş verən proseslərdə Rusiya maraqlıdır. Çünki Baş nazir Paşinyanın "İsgəndər” raket sistemlərinin partlamadığı haqda açıqlama verməsi rusları çox ciddi narahat etdi. Ona görə də Paşinyana qulaqburması verməsi düşüncəsi ortaya çıxdı. Məhz bunun məntiqi davamı olaraq dünən Prezident Vladimir Putin Nikol Paşinyana, Xarici İşlər naziri Sergey Lavrov Ara Ayvazyana, Müdafiə naziri Sergey Şoyqu ilə Vqarşak Arutyunyana zəng etmişdi.

Manevr.az xəbər verir ki, bu sözləri politoloq Cümşüd Nuriyev fevralın 25-də Ermənistanda hərbçilərin hakimiyyəti götürmək cəhdini şərh edərkən bildirib.

Onun fikrincə, əslində Ermənistanda müşahidə olunan proses anlaşılandır: "Ancaq baş verənlər birmənalı Rusiyanın planıdır və ruslar onları cəzalandırmaq istəyir. Düşünürəm ki, ruslar buna nail olacaq, amma Paşinyan da hakimiyyətdən getməyəcək. Çünki indi Paşinyanın hakimiyyətdən getməsi rusların özünə də sərf etmir.

Ermənistanda belə gərgin durumda bizim bəzi nümayəndələrimiz deyirlər ki, Azərbaycan gedib Laçın dəhlizini alsın və s. Belə hallara yol vermək olmaz. Ruslar da bunu arzu edir. Mən əminəm ki, Laçın dəhlizi, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd də sonda bizim olacaq. Odur ki, bu məsələlərdə bir qədər soyuq başla davranmaq faydalıdır”.

Cümşüd Nuriyev əlavə edib ki, əslində Baş nazir Nikol Paşinyanın Ermənistanda hakimiyyətdə qalması bizim üçün sərfəlidir: "Erməni hərbçilər isə sonda geri çəkiləcək. Orada Rusiyanın əsas adamı Baş Qərargah rəisinin birinci müavini Xaçaturyan idi. Onu da Paşinyan işdən çıxardı. Bundan sonra Baş Qərargah rəisi Onik Qasparyan birinci müavini ilə ortaq olduğuna görə bu addımı atdı. Hərbçilər Paşinyana heç nə edə bilməyəcək, əksinə geri çəkilmək məcburiyyətində qalacaqlar. Çünki görürlər ki, Myanmada hərbçilərin hakimiyyəti götürməsini dünya qəbul etmir. Əksinə orada hərbçilər ciddi problemlə qarşılaşıblar. Ermənistanda hərbçilərin hakimiyyəti götürməsi təkcə bu ölkənin imicinə zərbə olmaz, eyni zamanda onun gələcəyinə ciddi problem yarada bilər. Odur ki, bu mübarizədə hərbçilərin qalib gəlməsi ehtimalı yoxdur”. /teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar