Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya bu iradları nəzərə alacaq” – Sülhməramlıların fəaliyyəti necə qurulacaq?

Tarix: 27-02-2021 17:53     Baxış: 4163 A- / A+
“Rusiya bu iradları nəzərə alacaq” – Sülhməramlıların fəaliyyəti necə qurulacaq?

"Hesab edirəm ki, Rusiya Prezidentin bu iradlarını nəzərə alacaq və nöqsanlar aradan qaldırılacaq”.

Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin xarici və yerli jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Qarabağdakı Rusiya sülhməramlıların fəaliyyətini tənqid etməsi fonunda onların fəaliyyətində dönüş yarana biləcəyi məsələsinə toxunarkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:

"Azərbaycan Prezidenti müxtəlif zamanlarda Rusiya sülhməramlılarının fəaliyyətinin bəzi istiqamətlərindən narazı qaldığını bildirib. Dünən videoformatda keçirdiyi mətbuat konfransında da Prezident Rusiya sülhməramlılarının ayrı-ayrı hallarda, Azərbaycanın icazəsi olmadan işğaldan azad olunmuş ərazilərimizə başqa dövlətin vətəndaşlarını buraxdıqlarına, ora ermənilərin icazəsiz gəlib-getmələri kimi faktlara diqqəti cəlb etdi”.

Deputat hesab edir ki, Prezidentin bu iradlarının sözügedən problemin həllində kifayət qədər əhəmiyyəti olacaq: "2020-ci ilin yekunları ilə bağlı keçirilən müşavirədə də dövlət başçısı bu məsələyə toxunaraq, süəhməramlıların fəaliyyətini tənqid etmişdi. Sonradan gördük ki, Rusiya sülhməramlıları bundan nəticə çıxardı və Fransadan gələn jurnalistlərin əraziyə buraxılmasının qarşısını aldı. Bu məhz Azərbaycan Prezidentinin iradlarından sonra baş verdi”.

E. Nəsirov bildirib ki, ölkə Prezidenti bu məsələlərdə qətiyyətli və prinsipial mövqeyə malikdir: "Prezidentin bu məsələləri yerli və xarici KİV nümayəndələrilə görüşdə də qaldırmasının mahiyyəti odur ki, beynəlxalq ictimaiyyət və birlik Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra yeni reallıqlar yaranıb və bu reallıqlar beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tənzimlənməlidir. Heç bir tərəf razılaşmadan kənar əlavə addımlar atmamalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu ilk növbədə Rusiyaya ünvanlanmış ismarıcdır. Prezident bu istiqamətdə Rusiya ilə danışıqların aparıldığını və məsələni hər zaman gündəmdə saxladığını bildirib”.

Həmsöhbətimiz düşünür ki, qarı tərəf səslənən bu iradlardan nəticə çıxaracaq: "Hesab edirəm ki, Azərbaycan Prezidentinin Rusiya sülhməramlıların fəaliyyətinin bəzi məqamlarından narazılığı ilə bağlı iradları qarşı tərəfdən aradan qaldırılacaq. Bu isə nəticə etibarı ilə razılaşmanın şərtlərinin icra edilməsi yolunda olduqca vacib məsələdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar