Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Ermənistanda revanşistlər hakimiyyətə gələrsə, Laçın dəhlizində...” - Azərbaycan üçün arzuolunmaz ssenari

Tarix: 26-02-2021 23:02     Baxış: 4177 A- / A+
“Ermənistanda revanşistlər hakimiyyətə gələrsə, Laçın dəhlizində...”

"Prezident İlham Əliyev Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına mənfi rəy verilməyəcəyini qeyd etdi. Əgər N.Paşinyan hakimiyyətdə qalacaqsa, iki ölkə arasında sərhədlərin açılması, bu ölkədə Rusiyanın mövqelərini zəiflədəcək. Məhz Prezidentin bu mövqeyi, geosiyasi planın tərkib hissəsidir".

Manevr.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloqun fikrincə, Ermənistanda çevrilişin içində Armen Sarkisyanın da fəaliyyəti var:

"Bu arada Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Prezident Armen Sarkisyan Paşinyanın təqdimatına baxmayaraq Baş qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etmədi. Burada prezidentə Rusiyanın təsirini istisna etmirəm. Baş qərargah rəisi birbaşa Kremlə bağlıdır. Çevriliş ssenarisində Prezident, Baş Qərargah və "Qarabağ klanı" birgə koordinasiyalı çalışır və demək olar ki, prezident də çevrilişin içindədir".

"Prezident İlham Əliyev də Ermənistanda revanşistlərin hakmiyyətə gəlməsində maraqlı deyil. Əgər, onlar çevriliş yolu ilə hakimiyyətə gələrsə, nəyin bahasına olursa, olsun "Laçın dəhlizində" Azərbaycan postu qurulacaq. Əksi isə, müəyyən problemlerin ortaya çıxmasına gətirib çıxaracaq.

Qeyd edim ki, yaxın aylarda Türkiyə Ermənistan sərhədləri açıla bilər. Azərbaycan tərəfi razılığını verdi", - deyə politoloq vurğulayıb./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar