Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ erməni hərbçilərə səsləndi: "Siyasətə qarışmayın!"

Tarix: 26-02-2021 07:56     Baxış: S337 A- / A+
ABŞ erməni hərbçilərə səsləndi:
ABŞ Dövlət Departamenti Ermənistandakı bütün tərəfləri şiddətin artmamasına və ordunu siyasətə qarışmamağa çağırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.

"Ermənistanda baş verən son hadisələrdən xəbərimiz var, vəziyyəti çox yaxından izləyirik. Bütün tərəfləri təmkinli olmağa və hər hansı bir gərginlik və zorakılığın qarşısını almağa çağırırıq. Bütün partiyalara əsas demokratik prinsipi xatırladırıq ki, dövlətlərin silahlı qüvvələri daxili siyasətə qarışmamalıdır”, deyə vurğulanıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirilib ki, ABŞ Ermənistandakı demokratik prosesləri və institutları qətiyyətlə dəstəkləyir: “Biz Ermənistanda demokratiyanı və ölkənin suverenliyini dəstəkləməyə davam edirik. Siyasi liderləri Ermənistanın qanunun aliliyi, demokratiya və təsisatlara hörmət edərək fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırırıq”.

N.Prays əlavə edib ki, Dövlət Departamenti Ermənistanda çevriliş cəhdinin olub-olmadığı barədə bir nəticəyə gəlməyib.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar