Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Xocalıdakı qırğın dəhşətli hərbi cinayətdir - Markov

Tarix: 25-02-2021 16:37     Baxış: 4251 A- / A+
Xocalıdakı qırğın dəhşətli hərbi cinayətdir - Markov

Xocalıdakı qırğın dəhşətli hərbi cinayətdir, insanlığa qarşı cinayətdir və Azərbaycan xalqına qarşı soyqırımıdır. O, hələ də tam araşdırılmayıb. Təqsirkarlar isə indi hakimiyyət strukturlarında müəyyən vəzifələr tuturlar və cəmiyyət üzvləri tərəfindən cəzalandırılmayıblar. Buna görə də Xocalı qətliamını yalnız qurbanların xatirəsini qorumaq baxımından deyil, həm də günahkarların cəzalandırılması üçün bütün dünya ictimaiyyətini cəlb etmək baxımından daim xatırlamalıyıq.

Manevr.az xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Moskvada keçirilən “Tarix dərsləri və insanlığa qarşı cinayətlərin qarşısının alınmasında müasir gənclərin rolu” mövzusundakı konfransda deyib.

Politoloq tarixi zəncirvari hadisələrdən bəhs edib:

“Əvvəlcə, ölkəmizin hüdudlarından çox kənarda ölkənin məhv edilməsi barədə qərar verilir. Sonra bu planı həyata keçirən erməni hərəkatı yaradılır. Məhz bu hərəkatın böyük ölkəni “parçalara” bölmək yolunda ilk olduğunu heç vaxt unutmayacağıq. Sonra dəhşətli anti-Azərbaycan poqromları ilə müşayiət olunan etnik təmizləmə başladı. Ardından çox çətin vəziyyətdə olan 10 minlərlə qaçqın yaranır. Bütün bunlar o vaxt Azərbaycan Respublikasında dəhşətli siyasi qeyri-sabitliyə və real hərbi addımlara səbəb oldu”.

S.Markov bildirib ki, Xocalı soyqırımında soyuqqanlı düşüncə diqqət çəkir: "Bu, kortəbii milli qırğın deyildi. Bu, düşünülmüş qorxutma aktı idi. Sonradan Serj Sarkisyan da bu barədə bildirib”./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar