Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana "İsgəndər" Ermənistandan atılıb - Rus ekspert

Tarix: 24-02-2021 19:21     Baxış: 3146 A- / A+
Azərbaycana "İsgəndər" Ermənistandan atılıb - Rus ekspert

Rusiyalı hərbi eskpert Viktor Litovkin Ermənistan Baş naziri Nikol Paşinyanın "İsgəndər” raket kompleksləri haqqında səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.
Ekspert "1in.am” saytına açıqlamasında bildirib ki, Paşinyanın "İsgəndər” raket kompleksi ilə bağlı səsləndirdiyi fikirlər bir dövlət lideri olaraq müharibədəki uğursuzluğunu ört-basdır etmək cəhdidir.

Bundan əlavə, ekspert "İsgəndər” raketlərinin etibarlı bir silah olduğunu, ancaq döyüşə hazır vəziyyətdə saxlanılmalı və mütəmadi texniki dəstək göstərilməli olduğunu bildirib.

"Ermənistan Silahlı Qüvvələrində qarışıqlıq və hərc-mərclik, xidmətin düzgün qurulmaması, Ermənistanın raket bölmələrinin hərbçilərinin aşağı ixtisas dərəcələrini nəzərə aldıqda komplekslərin anbarlarda toz yığdığını və lazımi texniki dəstək görmədiyini əminliklə deyə bilərik. Bu komplekslərin döyüş istifadəsinə dair təlimlər keçirilməyib və ya etinasız keçirilib”,- deyə ekspert qeyd edib.

Mütəxəssis həmçinin "İsgəndər” raketlərinin Azərbaycana Dağlıq Qarabağ ərazisindən deyil, Ermənistan ərazisindən buraxıldığını bildirib. Ekspert qeyd edib ki, bu öz növbəsində bölgədə Rusiya və Türkiyənin də birbaşa cəlb olunduğu daha geniş münaqişəyə səbəb ola bilərdi.

Xatırladaq ki, N. Paşinyan "1in.am” saytına müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı "İsgəndər” raketindən istifadə etdiyini etiraf edib. O, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Azərbaycanla müharibənin 3-4-cü günündə nə üçün "İsgəndər” raketindən istifadə edilməməsi ilə bağlı ittihamına cavabında bildirib ki, müharibədə əslində "İsgəndər”dən istifadə olunub, amma raket partlamayıb:

"Bu ittiham yəqin ki, mənə ünvanlanıb. Ancaq düşünürəm ki, cavabını bildikləri sualları verməməlidirlər. Buyurub, cavab versinlər, atılan "İsgəndər” niyə partlamadı, yaxud 10%-i partladı? Bəlkə o raket 80-ci illərin silahı idi?”./qafqazinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar