Xəbər lenti
Azərbaycan Xankəndidə baş verənlərə niyə susur...
Azərbaycan işğal altında olan ərazilərini geri qaytarsa da, Xankəndidə hələ də özbaşınalıqlar və təxribatlar davam edir. Azərbaycan tərəfindən isə Ermənistana yetərli reaksiyalar verilmir.
Azərbaycan niyə bu məsələdə ciddi addımlar atmır? Ermənistana hansı reaksiyalar verilməlidir?
Manevr.az xəbər verir ki, Ağ Partiyanın sədri Tural Abbaslı bizimyol.info-nun suallarını cavablandırıb. O, açıqlamasında bildirib ki, aktiv əməliyyat Azərbaycan üçün siyasi tələyə çevrilə bilər.
“Dağlıq Qarabağda təxribatlar razılaşmanın səhəri günündən başladı. İstər bəyənatlar olsun, istərsə də oradakı qondarma rejimin rəhbərləri tərəfindən bəyanatlar səviyyəsində təxribatlar başladı. Daha sonra Şirak əyalətindən diversiya aktları üçün silahlılar gətirildi, Qarabağ ərazisinə Azərbaycanın icazəsi olmadan Ermənistan, Rusiya və Fransanın diplomatları gəldilər, görüşlər keçirdilər, heykəl qoyuldu. Düşünürəm ki, bunlar hamısı müşahidə olunur və Azərbaycan hökuməti tərəfindən qeydə alınır.
Bu məsələdə hərbi və texniki baxımdan Azərbaycan elə bir gücdədir ki, bu gün belə öz ərazisində əməliyyat keçirərək suverenliyini qısa müddətdə bərpa edə bilər. Lakin burada əsas belnəlxalq faktor diqqətə alınır. Heç kəsə sirr deyil ki, beynəlxalq aləm bu məsələdə qətiyyən Azərbaycanın yanında durmadı. Yəni Azərbaycanın bu günə qədər yürütdüyü xarici siyasət, diaspora siyasəti təəssüf ki, yetərli olmadı. 44 gün ərzində müşahidə etdik ki, özünü demokratiyanın beşiyi adlandıran dövlətlər bizi qondarma rejimi dövlət olaraq tanımaqla hədələdilər. Bizdən dərhal əməliyyatları saxlamağı tələb etdilər. Buraya Amerika, Fransa da daxil idi. Hətta BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə qətnamə qəbul edilməsi ilə bağlı cəhdlər oldu”.
Tural Abbaslının sözlərinə görə, Türkiyə, Pakistan, Ukrayna, İsrail kimi bəzi dövlətləri çıxmaq şərtilə Azərbaycan təklənmiş vəziyyətdədir.
“Belə bir vəziyyətdə orada istənilən əməliyyat Azərbaycan üçün siyasi tələyə çevrilə bilər. Bir anlıq düşünün ki, Azərbaycan aktiv tımizləmə əməliyyatlarına başlayır və səhərisi gün Amerika, Fransa, Avropa Birliyi, BMT Təhlükəsizlik Şurası rejimin tanınması ilə bağlı qərarlar verir. Bu zaman məsələ regional problem səviyyəsindən çıxıb, qlobal, beynəlxalq problem səviyyəsinə qalxır. Ona görə də, düşünürəm ki, Azərbaycan beynəlxalq arenada buraxdığı boşluqları doldurmaqla və müsahibənin əvvəlində də qeyd etdiyim kimi, təxribatları qeydə almaqla, onları açıq və qapalı xətlərlə beynəlxalq ictimaiyyətə çatdırmaqla məşğuldur. Düşünürəm ki, beynəlxalq zəmin buna hazır olan və ya Azərbaycan beynəlxalq arenada bu məsələdə lazımı yerdə olduğunun fərqinə vardığı gün bu əməliyyatlar başlayacaq. Hələlik görünən odur ki, Azərbaycan beynəlxalq sferada zəif olduğunu və istənilən əməliyyatın siyasi baxımdan ziyanına olacağının fərqindədir”,- deyə bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar