Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın CAN QORXUSU bunu da etdirdi: Ermənistan AYAĞA QALXDI - VİDEO

Tarix: 23-02-2021 13:55     Baxış: 4278 A- / A+
Paşinyanın CAN QORXUSU bunu da etdirdi: Ermənistan AYAĞA QALXDI - VİDEO

“Bundan sonra baş nazir öz iqamətgahını və ya başqa bir binanı yalnız bir sıra təhlükəsizlik işçilərinin müşayiəti ilə tərk etməli olacaq”.

Manevr.az xəbər verir ki, bunu Ermənistanın Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyan deyib.
Paşinyanın CAN QORXUSU bunu da etdirdi: Ermənistan AYAĞA QALXDI - VİDEO


İşxan Saghatelyan müxalifətin mitinqində danışarkən (20 fevral 2021). İrəvan

Onun sözlərinə görə, Müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanla yalnız "istefasının yol xəritəsi"ni müzakirə etməyə hazırdır: “Əks təqdirdə, müxalifət onu tək qoymayacaq. Heç bir şey bizə mane ola bilməz. Dedik ki, işləməsinə icazə verməyəcəyik, onu tək qoymayacağıq. Baxın, bunlar bu adamın (polis kordonuna işarə edərək – red.) gündəlik həyatıdır”.

O, Paşinyanın müxalifətdən qorxduğunu, əks halda, bu qədər təhlükəsizlik işçisinin bir hökumət binasından digərinə keçməsi üçün yolu bağlamayacağını qeyd edib.

Saqatelyanın sözlərinə görə, Paşinyanın cinayətləri 4 hissəyə bölünə bilər: müharibədən əvvəl, müharibə zamanı, müharibədən sonra və indi. Saqatelyan müxalifətin "bu şərdən" xilas olmaq üçün hər şeyi edəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, 3 saylı hökumət binasının yaxınlığındakı ərazidə keçirilən aksiyadan polis bölmələrinə aparılmış vətəndaşların sayı 50-ni keçib.

***
12:39

Ermənistanın hökumət binası yaxınlığında mitinq keçirilir.

Manevr.az publika.az-a istinadla xəbər verir ki, etirazçılar baş nazirin ünvanına "Nikol vətən xainidir!", "Nikol türkdür!" şüarları səsləndirir.

Polis 25 nümayişçini saxlayaraq polis bölmələrinə aparıb.

Müxalifətin mitinqinə baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan sərbəst şəkildə 3 saylı binaya daxil olub.

Səhər saatlarında çox sayda polis Respublika Meydanını və hökumət binalarını dövrəyə alıb. Nazirlər Kabinetinin 1 və 3 nömrəli binalarının yanında polis kordonları nümayiş olunur.

Daşnaksütyun Partiyasının üzvü Qeqam Manukyan Paşinyanın 200 metr piyada getmək üçün ətrafına 200 polis yığdığını bildirib.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başladı. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanı irəli sürdülər. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir. Öz növbəsində, səlahiyyətlilər ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il erkən parlament seçkilərinin təşkili təklifi ilə çıxış etdilər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar