Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Markov və Korotçenko kimiləri Rusiyanın maraqlarını burada yeritməyə çalışır” - ŞOK İDDİA

Tarix: 22-02-2021 21:23     Baxış: 3219 A- / A+
“Markov və Korotçenko kimiləri Rusiyanın maraqlarını burada yeritməyə çalışır” - ŞOK İDDİA

Rusiyanın Ermənistandakı hərbi bazasının bir hissəsinin ölkənin şərqinə köçürülməsi barədə müzakirə aparılır.Yekun razılıq əldə olunduqdan sonra 102 saylı hərbi bazanın hərbi birləşmələrindən birinin daimi əsasda bizim sərhədlərimizdə – Qarabağ istiqamətində yerləşdirilməsi planlaşdırılır”.

Manevr.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Şahin Cəfərli səsləndirib. O bildirib ki, Azərbaycandan Ermənistana hər hansı hücum gözlənilmir: “Nə qədər ki, Ermənistan ikitərəfli və çoxtərəfli anlaşmalar çərçivəsində Rusiyanın mühafizəsi altındadır, Bakıda kimsə belə bir fikrə düşə bilməz. Fikrimcə, burada məqsəd gələcəkdə ehtiyac yaranacağı təqdirdə, çox operativ şəkildə və ən qısa müddətdə Qarabağa əlavə hərbi qüvvə atmaq üçün zəruri platsdarm və infrastruktur yaratmaqdır. Bu, həm də Azərbaycan üzərində əlavə bir basqı yaradacaq”.Картинки по запросу

Şahin Cəfərli deyir ki, rusiyalı politoloq Sergey Markovun Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini gündəmə gətirməsi də diqqətəlayiq detaldır: “Markov və Korotçenko kimiləri özlərini bizim ictimaiyyətə “Azərbaycanyönümlü” kimi göstərib, Azərbaycan ictimai rəyində etimad qazanaraq Kremlin tezislərini translyasiya edən, Rusiyanın maraqlarını burada yeritməyə çalışan qatı imperialist adamlardır. Bizim sadəlövh insanlarımız isə onların açıqlamalarına uşaq kimi sevinir, mediamız onlardan müsahibə almaq üçün sıraya düzülür. Diqqətli dostlar xatırlayacaq ki, 10 noyabr 2020-ci il bəyanatı barədə həmin günün səhəri burada paylaşdığım ilkin şərhdə yaxın gələcəkdə Rusiyanın Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini gündəmə gətirəcəyini qeyd etmişdim. Amma bu qədər tez gözləmirdim. Kommunikasiyaların açılması da bu məqsədə xidmət edir”./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar