Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan və Bağçalı Şuşaya gəlir

Tarix: 20-02-2021 12:48     Baxış: 4261 A- / A+
Ərdoğan və Bağçalı Şuşaya gəlir

"Ermənistanın işğalından azad olunan Şuşa şəhərində Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MPH) Ülkü Ocaqlarının Təhsil və Mədəniyyət Fondunun tikəcəyi məktəbin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Bağçalının iştirakı planlaşdırılır".
Manevr.az xəbər verir ki, bunu MHP sədrinin müşaviri, memar Ziya Günaydın deyib.

Azərbaycana səfərindən danışan müşavir bildirib ki, hazırda Şuşaya yol problemi var və bunu aradan qaldırmaq üçün yeni yol çəkilir: “Müşahidələrimizə və keçirdiyimiz görüşlərə əsasən deyə bilərəm ki, işlər sürətlə gedir və yaz gəlmədən bu yolun açılması planlaşdırılır. Prezident İlham Əliyev bizə də “Mən qardaşımsız Şuşaya getmərəm, birgə gedəcəyik” dedi. O, möhtərəm Dövlət bəyin də gəlməsini arzu etdiyini və birlikdə təməl qoyulacağını söylədi. Hazırlıqlar bitəndən sonra yol açılışı və sonra iki prezident və Dövlət bəyin iştirakı ilə məktəbin təməlinin qoyulması planlaşdırılır”.

Z.Günaydın bildirib ki, məktəbin tikiləcəyi yer hələlik müəyyənləşməyib: “Şuşada diqqətlə kadastr işləri aparılır. Cənab İlham Əliyev qeyd etdi ki, bu işlər nəticəsində məktəbə şəhərin ən gözəl yerində ərazi ayrılacaq”./report

Manevr.az
Ərdoğan və Bağçalı Şuşaya gəlir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar