Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəsmi Bakı hərəkətə keçməlidir: “Araik bunu edirsə, deməli, qondarma referendum keçirib Rusiyanın...”

Tarix: 17-02-2021 20:02     Baxış: 4192 A- / A+
Rəsmi Bakı hərəkətə keçməlidir: “Araik bunu edirsə, deməli, qondarma referendum keçirib Rusiyanın...”

"Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən erməni separatçıların rəhbəri Arayik Arutunyanın rus dilinə "rəsmi status" verməsi, birbaşa Kremldən idarə olunan porsesdir. Araik Arutunyan Kremlin nəzarətində olan şəxsdir və onun bütün qərarları Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovla razılaşdırılır. Ona görə də Azərbaycanın suverenliyinə və üç tərəfli birgə bəyanata zidd olan bu qərara qarşı rəsmi Bakı hərəkətə keçməlidir".

Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq Rusiyanın Xankəndi, Ağdərə və Xocavəndə azərbaycanlıların köçürülməsinin qarşısını aldığını bildirib:

"Göründüyü kimi Rusiya hakimiyyəti Dağlıq Qarabağda konkret olaraq Azərbaycanın əleyhinə fəaliyyətə yaşıl işıq yandırır. Bununla da azərbaycanlıların Xankəndi, Ağdərə və Xoacavəndə köçürülməsinin qarşısını alır. Azərbaycan bu müharibədə qalib tərəfdir və heç vaxt Qarabağın kiçik bir ərazisində ermənilərə müstəqillik verməyəcək. Xankəndidə separatçıların fəaliyyətinin yaxın perspektivdə qarşısı alınmaldır".

Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan ilk növbədə Rusiya sülhməramlı qüvvələrinin mandatını aydınlaşdırmalıdır:

"Dağlıq Qarabağın kiçik bir hissəsində Azərbaycanın milli təhlükəsilziyini, suverenliyini təhdid edəcək prosesə seyirçi qalacaqsa, erməni separatçılarını müdafiə edəcəksə, birmənalı şəkildə Rusiyanın sülhməramlı fəaliyyətinə son verilməsi tələb edilməlidir. Əgər, Araik Arutunyan bu gün rus dilini rəsmi dil statusu verirsə, bir neçə müddətdən sonra buradakı ermənilərə Rusiya pasportunun verilməsi üçün müraciət edə bilər. Həmçinin sabah qondarma referendum keçirib Rusiyanın tərkibinə qatılmağa cəhd edə bilər. Təbii ki, Rusiya buna getməz. Amma, onların hərbiçiləri buradadır və təhlükə var. İlk növbədə Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin mandatını aydınlaşdırmalıdır. Və BMT-nin mandatı altında olmaqla digər ölkələrin də sülhmərmalı qüvvələri yerləşməlidir. Bu, Rusiyanın təkbaşına qərar vermək mexanizminin qarşısını ala bilər. Bu kimi ssenarilərin qarşısını almaq üçün Azərbaycanın konkret planlar həyata keçirməlidir"./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar