Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Heydərovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı – Siyahı

Tarix: 17-02-2021 18:24     Baxış: 3147 A- / A+
Heydərovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı – Siyahı

Vaxtilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi və əsasən “Gilan” adı ilə fəaliyyət göstərən şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var.

Manevr.az xəbər verir ki, yeniavaz.com-un apardığı araşdırmaya görə, Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan bu şirkətlərin arasında ən böyük borc “Gilan Holding” MMC-yə məxsusdur. Bu şirkətin vergi borcu 607 min 944 manat 16 qəpik təşkil edir.

Qeyd edək ki, adları qeyd olunan şirkətlərin hüquqi ünvanları və qanuni təmsilçilərinə (director) nəzər salındığı zaman açıq şəkildə görünür bu şirkətlər arasında hansısa əlaqələr var.

Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovlar da vaxtı ilə ölkənin ən böyük holdinqlərindən birinin - "Gilan Holding"in rəhbərliyində təmsil olunub. Tale Heydərov eyni zamanda "Gilan Holding"in tərkibində yer alan "Qəbələ" Futbol Klubunun prezidenti, həmçinin İngiltərədə qeydiyyatdan keçən "United Enterprises International" şirkətinin rəhbəri olub.

Tale Heydərova məxsus "taleheydarov.com" saytında qeyd olunur ki, onun biznesinə hazırda "TEAS Nəşriyyat evi", "Libraff" kitab mağazaları şəbəkəsi və illik təhsil haqqının 12-15,5 min manat olduğu "Avropa Azərbaycan Məktəbi" daxildir.

Kəmaləddin Heydərovun digər oğlu Nicat Heydarov "linkedin" sosial şəbəkəsindəki hesabında özünü hələ də "Gilan Holdinq"in rəhbəri (CEO) kimi təqdim edir. Nicatın adına İngiltərədə qeyydiyyatda olan "United Enterprises International" şirkətinin rəhbərləri arasında rast gəlmək olar.

Digər şirkətlərin vergi borcları aşağıdaki kimidir:

Manevr.az
Heydərovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı – Siyahı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar