Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın sabiq xarici işlər naziri: “Onlar bizim ermənilərdir”

Tarix: 16-02-2021 16:18     Baxış: 3229 A- / A+
Azərbaycanın sabiq xarici işlər naziri: “Onlar bizim ermənilərdir”

Qarabağda rusiyalı hərbçilər, Azərbaycan tərəfinin nümayəndələri və Araik Arutunyanın iştirakı ilə keçirilən görüş və bu görüşdə Arutunyanın tərəf kimi iştirakı cəmiyyətdə müəyyən narahatlıq və müzakirələrə səbəb olub.

Manevr.az xəbər verir ki, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikrinə görə, hazırda Qarabağda yaşayan ermənilərin öz dövlətinə, yəni Azərbaycana reinteqrasiya prosesi aparılır. Buna görə də narahatlıq keçirməyə əsas yoxdur.

“Xalqımız müharibəni zəfərlə başa vursa da, psixoloji məqamlardan uğurla keçə bilmir. Biz vəziyyəti belə başa düşməliyik: Azərbaycan öz ərazisində kompakt yaşayan erməniləri öz dövlətinə reinteqrasiya prosesini həyata keçirir”,- deyə o bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib.

“Biz hər məslədə öz dövlətimizin varlığını həmin ərazilərdə hiss edirməliyik. Müəyyən reallıqlar da var. Manelər, çətinliklər də yox deyil. Biz reallığa uyğun olaraq öz ərazilərimizd nəzarəti bərpa edirik. Prosesə Türkiyə və Rusiyanı dəvət etmişik. Amma öz ərazimizdə olan vətəndaşlarla məsələni Ermənistanla deyil, özümüz həll edirik. Ermənistan sərhədin o tərəfindədir. Qarabağdakı erməni bizim ermənidir, sərhədin o tərəfində qalan da Ermənistan vətəndaşlarıdır”.

O ki qaldı görüşün məqsədinə, bu sırf texniki məslələri ehtiva edən bir görüş olub.Başqa cür mümkün deyil. Belə görüşdə nə siyasi müzakirələr ola bilər, nə də hər hansı bir hərbi aspektdən yanaşma.

Sadəcə su, elektrik enerjisi ,meyitlərin qaytarılması, yol, təhlükəsizlik, daşımalar və s. bu kimi texniki məsələlərin müzakirəsi aparılmış ola bilər və bu mütləq olmalıdır. Təmaslar keçirilmədən hər hansı ortaq nəticəyə gəlmək mümkün deyil. İndi bizim insanlarımızı Xankəndində, Xocalıda bayraqlarımızın olmaması narahat edir. Amma addım – addım hər şeyə nail olunacaq. Xocalıda hava limanı varsa orda bizim gömrük xidməti, polisimiz, hərbiçilərimiz və digər əlaqədar qurumlar olmalıdır. Keçirilən görüşlərlə bağlı əhaliyə məlumat verilməli, mətbuat konfransları keçirilməlidir ki, suallar yaranmasın.İnsanlarımız baş verənlər barədə Ermənistan mediasından oxuyub təlaşa düşməsinlər.Qarabağda zəfər çalındıqdan sonra görüləcək işlər daha çoxdur. Bu kimi məqamlar nəzərə alınmasa insanların gərginliyinə son qoyulmayacaq”,- deyə politoloq qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar