Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan hərbçiləri Türkiyədəki təlimlərdən qayıdıblar -VİDEO

Tarix: 15-02-2021 21:02     Baxış: 3130 A- / A+
Azərbaycan hərbçiləri Türkiyədəki təlimlərdən qayıdıblar -VİDEO

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş "Qış təlimi-2021”də ölkəmizi layiqincə təmsil edərək xidmət yerlərinə qayıdıblar.

Fevralın 11-də "Qış təlimi-2021”in "Yüksək Səviyyəli Müşahidəçi Günü” və döyüş atışlı mərhələsi keçirilib.

Təlimin döyüş atışlı mərhələsində hərbi daşıma və hücum vertolyotlarının dəstəyi ilə desant qrupları düşmən hədəflərinin olduğu nöqtəyə irəliləyiblər. ATAK hücum vertolyotları xüsusi təyinatlıların təhlükəsizliyini təmin edib. PUA-ların dəstəklədiyi artilleriyaçılar təyin olunan düşmən mövqelərini məhv ediblər. Zirehli texnikaların ekipajları tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçiriblər. Aviazərbələrlə düşmən tanklarını imitasiya edən hədəflər məhv edilib. Keçidaçma sistemi vasitəsilə minalardan təmizlənən sahədə irəliləyən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilib. Snayper cütlüklərinin hədəfləri tam dəqiqliyi ilə məhv etdiyi təlimdə helikopterlər topları təlim sahəsinə gətiriblər. Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlim başa çatıb.

"Qış təlimi-2021”ə hər iki qardaş ölkənin mətbuatı ilə yanaşı xarici kütləvi informasiya vasitələri də böyük maraq göstərib. Türkiyə televiziyalarının hazırladığı reportajlarda Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının peşəkarlığından danışılıb, təlim iştirakçılarından müsahibələr alınıb.

Qış təlimində iştirak etmiş hərbi qulluqçularımız fevralın 12-də xidmət yerlərinə qayıdıblar. Türkiyə Respublikasından qayıdan şəxsi heyət hərbi hissələrdə təntənəli mərasimlə qarşılanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar