Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanda azərbaycanlı icması ola bilməz” – Deputatdan Qarabağda icmalararası görüşlərə ETİRAZ

Tarix: 15-02-2021 15:02     Baxış: 3177 A- / A+
“Azərbaycanda azərbaycanlı icması ola bilməz”

"İcmalararası görüşlər bu günə qədər heç nəyi həll etməyib, bundan sonra da həll etməyəcək”.

Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında qondarma rejim təmsilçiləri ilə danışıq aparmaq əvəzinə, Qarabağın azərbaycanlı və erməni icmaları arasında davamlı təmasların qurulması ideyasına münasibət bildirərkən Milli Məclisin deputatı Elman Məmmədov deyib:

"Hələ 2009-cu ildə demişəm, indi də təkrar edirəm, Rusiyada rus icması, Gürcüstanda gürcü icması olmadığı kimi, Azərbaycan Respublikasında da azərbaycanlı icması ola bilməz. 1991-ci ilin noyabrın 26-da Azərbaycan Ali Soveti tərəfindən o vaxta qədər mövcud olan Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunmasaydı, onda həmin vilayət bir inzibati vahid hesab olunardı. Orada yaşayanlar da iki tərəfdə icma kimi qəbul olunardı. 1995-ci ildə qəbul olunan Konstitusiyada da Dağlıq Qarabağ adında inzibati vahid yoxdur. Ora da digər ərazilərimiz kimi bir bölgədir. Ona görə hesab edirəm ki, Dağlıq Qarabağın azərbaycanlı icması heç bir hüquqi əsası olmayan qurumdur”.

Deputat bu səbəbdən icmalararası təmasların əleyhinədir: "Lap əvvəldən həmin bölgəyə edilən səfərlərin də əleyhinə olmuşam. Təklif olunub, amma bu kimi görüşlərdə iştirakdan imtina etmişəm”.

Onun fikrincə, bu kimi məsələlər rəsmi səviyyədə, dövlət başçısının rəhbərliyi altında həll olunmalıdır: "Orada yaşayan kimlərləsə, görüşüb görüşməmək ən yüksək səviyyədə dövlət başçısının nəzarəti və rəhbərliyi altında baş verəcək. Kimlərinsə gedib orada kimlərləsə görüşməsi bu günə qədər heç nəyi həll etməyib, həll etməyəcək də”.

"Gələcəkdə belə görüşlər mümkündür”.

Asim Mollazadə isə həmkarından fərqli düşünür: "Prinsipcə gələcəkdə icmalarası görüşləri mümkün hesab edirəm. Bu sülh yaratmaq yolunda çox mühüm addımdır. Ermənistan revanş barədə düşünməməlidir. Silahlı qüvələrindən yenidən hansısa formada istifadə etməməli və sülhə hazırlaşmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar