Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni səfir kim olacaq? - Türkiyənin Azərbaycan SÜRPRİZİ

Tarix: 14-02-2021 11:25     Baxış: 3191 A- / A+
Yeni səfir kim olacaq? - Türkiyənin Azərbaycan SÜRPRİZİ


Türkiyənin səfirlərinin təyinatı ilə bağlı rəsmi qəzetdə qərarnamə açıqlanıb.

Qərarnamədə Azərbaycanla bağlı qərar təsdiqini tapmayıb.

Belə ki, qərarnaməyə görə ötən ilin sonlarında müddəti başa çatmış səfirlərin yerinə yeni təyin olunan şəxslər təsdiq olunub. Ancaq qərarnamədə Azərbaycanla bağlı sürpriz var. Belə ki, Azərbaycanla bağlı təyinat bu qərarnamədə təsdiq olunmayıb. Yəni qərarın icrası rəsmi qəzetdə əks olunmayaraq, qeyri-müəyyən müddətə təxirə salınıb.

Manevr.az
yenicag.az-a istinadən bildirir ki, hazırki səfir Erkan Özoral bir müddət də, Azərbaycanda səfir kimi fəaliyyətini davam etdirəcək. Daha sonra onun Türkiyədə yüksək vəzifəyə gedəcəyi bildirilir. Ancaq hazırkı Azərbaycan-Türkiyə arasındakı proseslərin aparıcı üzvü olduğu, İkinci Qarabağ müharibəsində göstərdiyi fəaliyyət və son 30 ilin ən uğurlu səfirlərindən biri olduğu üçün Erkan Özoralın səfir kimi işini davam etdirməsi qərara alınıb. Erkan Özoralın səfirlik fəaliyyəti dövründə iki ölkə arasında viza, gömrük, iqtisadiyyat, təhsil və digər məsələlərlə bağlı çox ciddi layihələr həyata keçirilib. Onun bu xidmətlərinə görə hər iki dövlət rəhbərliyinin ümumi razılığı ilə bu proseslərin müəyyən bir mərhələyə çatdırılmasına qədər Erkan Özoralın səfir kimi fəaliyyətini davam etdirməsi məqsədə uyğun sayılıb. Yəni Türkiyə Xarici İşlər Nazirliyi tarixində də nadir hadisələrdən biri kimi Erkan Özoral hələ bir müddət də səfir kimi fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, Erkan Özoral həm də FETÖ ilə mübarizədə iki ölkə arasında ortaq əməkdaşlığın aparılmasında kilid şəxslərdən biri olub.

Xatırladaq ki, Erkan Özoralın yerinə səfir kimi Ahmet Demirokun təyinatı verilmişdi.

Yeni səfir kim olacaq? - Türkiyənin Azərbaycan SÜRPRİZİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar