Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Rusiyanın bəzi əraziləri Türkiyənin nəzarətinə keçəcək" - ABŞ-ın kölgə kəşfiyyatı

Tarix: 13-02-2021 18:17     Baxış: 4275 A- / A+
"Rusiyanın bəzi əraziləri Türkiyənin nəzarətinə keçəcək" - ABŞ-ın kölgə kəşfiyyatı

Türkiyənin geopolitik təsir dairəsinin genişlənməsi Rusiyanı həyəcanlandırıb.

Manevr.az xəbər verir ki, ABŞ-ın "Stratfor" siyasi araşdırmalar mərkəzinin proqnozu təkcə Rusiyada deyil, həmçinin Ermənistanda da xof yaradıb.

Ayrıca olaraq qeyd edək ki, "Stratfor" geosiyasi kəşfiyyat platformasıdır və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə yaxınlığı ilə tanınır. Şübhə yoxdur ki, təşkilat 2050-ci il Türkiyə xəritəsini də kəşfiyyat qurumlarından əldə edib. Təsadüfi deyil ki, bu təşkilat ABŞ-ın "kölgə kəşfiyyatı" kimi tanınır.

ABŞ tədqiqatçıları Türkiyənin faktiki olaraq Osmanlı imperiyasını yeni formatda bərpa etdiyini bildirir və bu işin 2050-ci ilə qədər praktik olaraq tamamlanacağını proqnoz edir.
"Rusiyanın bəzi əraziləri Türkiyənin nəzarətinə keçəcək" - ABŞ-ın kölgə kəşfiyyatı

Xatırladaq ki, TRT kanalı "Stratfor"-a istinadən Türkiyənin gələcək təsir dairəsini əks etdirən xəritəni yayımlayıb. Nə qədər qəribə olsa da, bu prqnozları ABŞ tədqiqatçıları yaydıqları zaman o qədər də diqqəti cəlb etməyib, amma Türkiyə televiziyası yayımlayan kimi regionda həyəcan yaradıb. Rusiyada və Ermənistanda TRT kanalının reportajını Türkiyənin ciddi niyyəti kimi qəbul ediblər.

Yeni xərtəyə əsasən, 2050-ci ilə qədər Ermənistan, Gürcüstan, Qafqaz da daxil olmaqla Rusiyanın bütün cənub bölgələri, Krım, Qazaxıstan və Türkmənistan, Yunanıstanın müəyyən torpaqları, eləcə də Fars Körfəzinin neft ölkələri, o cümlədən Misir, Suriya, Livan, İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Liviya və s. Türkiyənin nüfuz dairəsində olacaq. Xəritədə Azərbaycan da var, amma təbii ki, bu detal diqqəti cəlb etmir. Çünki Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətləri dünyada heç kimə sirr deyil.

Tədqiqatlar qeyri-rəsmidir və Türkiyə hökuməti də bu barədə rəsmi açıqlama verməyib. Ona gprə də Rusiyanın rəsmi qurumları da bu barədə hər hansı açıqlama vermirlər. Amma Moskva öz mövqeyini ifadə etmək üçün həmişəki kimi "xırdabaş"ları qabağa verib.

Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım "parlamenti"nin xalq diplomatiyası və millətlərarası münasibətlər komitəsinin rəhbəri Yuri Gempel xəritədən qəzəblənib: "Türkiyənin dövlət televiziya kanalı olan TRT tərəfindən göstərilən və Ankaranın təsir zonasının genişlənməsini nəzərdə tutan xəritə gülünc görünür, Türkiyə bu cür xəyalları bir kənara atmalıdır". Y.Gempelin isterik açıqlamasını Rusiyanın "RİA Novosti" agentliyi yayıb.

TRT kanalının reportajını ayrıca olaraq "Voenniy Obozrevatel" nəşri öz sosial şəbəkə hesablarında da yayıb və Türkiyə haqqında xeyli nifrət şərhləri yazılıb. Reaksiyalardan aydın görünür ki, Rusiya ictimaiyyəti bir yandan bu xəritəni "xəyal" adlandırır, digər tərəfdən proqnozları ciddi qəbul etdiklərinə görə isteriya halına düşürlər. Təsəvvür edin ki, "Stratfor" Gürcüstanın imperiya yaradacağını proqnoz etsəydi, Rusiyada buna münasibət bildirməyə vaxt da ayırmazdılar. Amma Türkiyə başqa məsələdir və bu dövlətin gücünü ən azı Azərbaycan torpaqlarının azad olunması prosesində görüblər.

Elə ona görə də Kremlin Krımdakı "adamı" Gempel açıqlamalarında əsəbiliyini gizlədə bilmir: "Bu, çox gülünc görünür və fantastika janrının bir nümunəsinə bənzəyir. Türkiyə tərəfinə Rusiya ərazisi ilə bağlı qurduğu xəyallardan imtina etməyi tövsiyə edə bilərik, əks halda bu dərəcədə hədsiz iştaha səbəbindən zərbə altına düşmək olar".

Onun sözlərinə görə, Türkiyə Ukraynanın nəzarətində olduğu vaxtlarda Krımı fəal şəkildə gözdən keçirirdi, daha sonra yarımadada aktiv təbliğat və maliyyə fəaliyyətləri qurmuşdu: "İndi Krım Rusiyanın qanuni bir hissəsidir. Rusiya Ukrayna deyil, pərdəarxası oyunlar burada işləməyəcək".

Daha sonra "RİA-Novosti" iddia edib ki, 2020-ci ilin yayında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının gizli bir planı üzə çıxıb. Plana əsasən, Türkiyə Yunanıstanın bir hissəsi və Ermənistanı ələ keçirməyi nəzər tutub. Bununla bağlı əməliyyat da Səlcuq əmiri Çaka bəyin şərəfinə "Çaka bəy" adlandırılıb. Rusiya nəşri yazır ki, keçən ilin noyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yeni dünya düzənində liderliyini elan edib və ekspertlər bunu Türkiyənin Osmanlı imperiyası siyasətinə keçidi kimi qiymətləndirirlər.

Qeyd edək ki, Krımın əhalisi türkdilli xalq olan tatarlardır. Ukraynanın ərazisi olan, amma hazırda Rusiyanın işğalı altında qalan Krımda əhali arasında Türkiyənin və ayrıca olaraq Ərdoğanın nüfuzu kifayət ədər yüksəkdir. Bir vaxtlar Krım da Osmanlı imperiyasının bir parçası olub və hazırda da yarımadanın əhalisi Türkiyə ilə birlik perspektivlərinə isti yanaşır. Amma rəsmi Ankara dəfələrlə bildirib ki, Türkiyə Krımı Ukraynanın bir parçası olaraq tanıyır.

Dünya boyunca bir çox ekspertlər proqnoz edirlər ki, tez-gec bütün türkdilli ərazilər, o cümlədən hazırda Rusiyanın ərazisi olan bölgələr, həmçinin Orta Asiya Türkiyənin nüfuz dairəsinə daxil olacaq./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar