Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ruslar Xocalı aeroportunu aça bilərmi? - Hərbi ekspert

Tarix: 13-02-2021 11:59     Baxış: 3201 A- / A+
Ruslar Xocalı aeroportunu aça bilərmi? - Hərbi ekspert

"Azərbaycanın razılığı olmadan bu hava limanının açılması real deyil".

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya sülhməramlılarının Xocalı aeroportunun açılmasına çalışdıqlarına dair məlumatlara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, mövcud şəraitdə bu aeroportun Azərbaycan və Rusiya arasında müzakirə mövzusu ola biləcəyi ististna təşkil etmir:

"Xocalı aeroportunun açılması ilə bağlı Ermənistan mətbuatında müharibə başa çatandan sonra ən azı 5 dəfə məlumat yayımlanıb. Erməni tərəfi yaxşı anlayır ki, bu aeroportun açılması Azərbaycan cəmiyyətində bir ruh düşkünlüyü yarada biləcək məsələdir. Çünki bizim həm siyasi, həm də hərbi rəhbərimiz dəfələrlə bu aeroportun Azərbaycanın nəzarətindən kənar istifadəsinin əleyhinə olduqlarını rəsmi şəkildə dəfələrlə bəyan edib. Təbii ki, Rusiyanın orada yerləşən sülhməramlı qüvvələrinin təminat və təchizatını da keyfiyyətli və sürətli şəkildə həyata keçirmək üşün bir hava limanına ehtiyacı var".

Ədalət Verdiyev hesab edir ki, istəlinən halda bu aeroport açılsa belə, oradan erməni əhalinin Azərbaycanın razılığı olmadan istifadəsi mümkün görünmür:
"Daha əvəllər də rusların bu hava limanını açmağa hazır olduqlarını, hətta limanın açılmasının dəqiq tarixlərini belə iddia edən erməni mətbuatı yəqin ki, növbəti dəfə həm Azərbaycan ilə Rusiya arasındakı münasibətləri gərginləşdirmək, həm də Azərbaycan cəmiyyətiində ruh düşkünlüyü yaratmaq məqsədilə növbəti dəfə belə xəbərləri yayırlar. Lakin bu o demək deyil ki, bu hava limanı nə zamansa açıla bilməz. Xeyir, açılacaq. Lakin bu aeroportun açılmasında Azərbaycan tərəfinin iştirakı və nəzarəti mütləq şərtdir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar