Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

ASAN-ın rəhbəri vitse-prezident gətirilir? - EHTİMAL

Tarix: 19-08-2016 10:10     Baxış: 3755 A- / A+
ASAN-ın rəhbəri vitse-prezident gətirilir?

Sentyabrın 26-da keçiriləcək referendumdan sonra kadr islahatlarının olacağı haqda xəbərlər təsdiqini tapır

Politika.az-ın ilk dəfə bu barədə yaydığı məlumat və vitse-prezidentlik institutunun yaradılması ilə bəzi nazirlərin vəzifəsindən gedəcəyi barədə iddialar güclənir.

Həmin nazirlərin siyahısını da təqdim etmişdik və artıq etibarlı mənbədən bunu təsdiqləyən xəbərlər gəlməkdədir. Əldə etdiyimiz məlumatda deyilir ki, prezident hakimiyyət daxilində kadr reformalarını davam etdirməyi planlaşdırıb.

İqtidarın daxili siyasətinə cidid şəkildə zərbə vuran qoca kadrlar vəzifəsi ilə vidalaşa bilər. Hökumət müasir və gənc kadrları komandaya cəlb etməklə iqtisadi-siyasi islahatları sürətləndirməyi qarşısına hədəf qoyub.

Politika.az xəbər verir ki, vitse-prezidentlik institutunun təsis olunması ilə bir sıra köklü dəyişikliklər olacağı gözlənilir. Ölkə başçısı gənc və perspektivli kadrları komandada görmək, rüşvət və korrupsiya çirkabına bulaşmış məmurlarla sağollaşmaq arzusundadır.

Mənbənin məlumatına görə, vitse-prezidentliyə iddialı və şanslı namizəd kimi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov göstərilir.

ASAN sədrinin vitse-prezident olacağı haqda hakimiyyət dəhlizlərində də müzakirələr gedir. Enerjili və etibarlı kadr təssuratı yaratmış İ.Kərimovun belə bir yüksək posta gətiriləcəyi ehtimal olunur.

ASAN xidmət sədri kimi fəaliyyəti dövründə heç bir neqativ fakt qeydə alınmayıb, nöqsanlar aşkarlanmayıb, barəsində ittihamlar, şikayətlər olmayıb, korrupsiya şübhələrinə yol açan iddialar səslənməyib, biznesi və yaxud villaları, əmlakları haqda xəbərlər yayımlanmayıb. Bu da reputasiyasına divident qazandıran İ.Kərimovun vitse-prezident olmaq şansını yaradıb.

1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonne Universitetində hüquq üzrə magistr təhsili alıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib. Paris (Sorbonne) Universitetindən hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb. İngilis, fransız, fars və rus dillərini bilir.

Bu bioqrafiya və karyera kifayət edir ki, Qərb təhsilli bir kadr vitse-prezident təyin olunsun. Lakin qaynağın sözlərinə görə, veteran və yırtıcı məmurların İ.Kərimova qarşı getməsi, buna mane olmaq istəməsi də istisna deyil.

ASAN xidmətin yaradılması qədər prezidentin inqilabi addımı və məmurlara vurduğu zərbədirsə, İ.Kərimovun bu agentliyə sədr gətirilməsi bir o qədər güclü jestdir. Bundan sonra qara günləri gözlənilən odioz nazirlər ASAN sədrini “zərərsizləşdirmək” yolları üstündə baş sındırmalı olacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar