Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Rüstəm Muradovdan izahat almalıyıq” – Generalın son açıqlamasına SƏRT ETİRAZ

Tarix: 08-02-2021 19:12     Baxış: 4230 A- / A+
 “Rüstəm Muradovdan izahat almalıyıq” – Generalın son açıqlamasına SƏRT ETİRAZ

"Prosesdə Azərbaycan tərəfinin mövqeyi olmalıdır. Belə açıqlama ilə çıxış etmək sülhməramlı kontingentin rəhbərinin səlahiyyətində deyil".

Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovun Ermənistan Müdafiə nazirinə məktubunda Ermənistan və Rusiya vətəndaşlarının Bakının icazəsi olmadan Laçın dəhlizindən keçərək Ermənistandan Qarabağa sərbəst gedə biləcəkləri haqda fikrinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib:

"Qondarma rejimin pasportunu heç kim tanımadığından Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər Ermənistan pasportu daşıyır. Bu pasportla onlar Ermənistana və digər xarici ölkələrə səfərlər edirlər. Açıqlamanın mahiyyəti budur ki, orada yaşayan və faktiki olaraq Ermənistan pasportu daşıyanlar həmin istiqamətdə gedib-gələ bilərlər. Amma regiona aydiyyatı olmayan ermənilərin Qarabağa gediş-gəlişi məhdudlaşmalıdır”.

Politoloq düşünür ki, Rusiya ilə Azərbaycan arasında çaşqınlığın yaranmaması məqsədilə bu məsələlərlə bağlı da razılaşmalar əldə edilməlidir: "Hesab edirəm ki, məsələ diqqətdən kənar saxlanılmamalıdır. Sülhməramlıların rəhbərini dəvət edib, ondan izahat almalı, danışıqlar aparmalıyıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar