Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanın və Qazaxın kəndləri Azərbaycana qaytarılacaq - Polkovnik

Tarix: 08-02-2021 16:21     Baxış: 4178 A- / A+
Naxçıvanın və Qazaxın kəndləri Azərbaycana qaytarılacaq - Polkovnik

"Öncə 10 noyabr üçtərəfli bəyanat var. Bu bəyanatın tərkib hissəsi olaraq sülhməramlı qüvvələr o halda bölgəyə yeridildi ki, bölgədə olan erməni silahlı qüvvələrinə mənsub bütün qüvvələr ərazini tərk etməli idilər. Və bu gün rus sülhməramlılarının bölgədə olması o deməkdir ki, artıq bölgədə Ermənistan silahlı qüvvələri yoxdur və ya olmamalıdır".

Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, bu gün Azərbaycanın ərazi bütövlüyü çərçivəsində delimitasiya işləri gedir:

"Bunun da qarşılığı olaraq bizim ən son terrorçu qüvvələr olaraq bölgədə zərərsizləşdirdiyimiz 62 nəfər və davamında eyni şəkildə tərkisilah etdiyimiz qüvvələr var. Biz onları Ermənistan silahlı qüvvələrinin mənsubları yox, terrorçu qüvvə adlandırdıq. Bir qismi zərərsizləşdirildi və bir qismi də lazımi orqanlara təhvil verildi ki, araşdırılsın. Bunun da davamında bölgədə hər hansı bir silahlı şəxs aşkaralanarsa bu da birmənalı olaraq məhv ediləcək və yaxud da zərərsizləşdiriləcəkdir.

Ermənistan daxili auditoriyasına hesablanmış olaraq kimlərinsə hansısa olmayan "qurumu"nun bəyanat verməsi heç bir məna kəsb etmir. Çünki Dağlıq Qarabağdan söhbət gedə bilməz. Bu gün Azərbaycanın ərazi bütövlüyü çərçivəsində delimitasiya işləri gedir. Sərhəd qoşunları Ermənistanla Azərbaycan sərhəddində lazımi tədbirləri görür. Artıq sərhədçilərimiz öz fəaliyyətlərini yerinə yetirirlər. Hətta bu delimitasiya əvvəl sadəcə işğaldan azad olunan Qarabağ ərazisində deyil, eyni şəkildə Qazaxda da, Naxçıvanda da davam edəcək ki, bu delimitasiya işləri yekunlaşdırılmalıdır. Hansı ki, sovetlər birliyindən sonra biz müstəqil olduğumuzdan bəri bu işlər hələ yekunlaşdırılmamışdı. Bu mənada elə açıqlamalar Ermənistanın daxili auditoriyasına hesablanaraq kimlərinsə müxtəlif bəyanatlar verməsi, gülünc fikirlər irəli sürməsi heç bir məna kəsb etmir. Ortada bir fakt var, Azərbaycan güc strukturları artıq bölgədə öz fəaliyyətlərini həyata keçirir, Azərbaycan icra orqanları lazımi işlər görür. Artıq infrastrukturun qurulması, inkişaf etdirilməsi yönündə ölkə Prezidentinin sərəncamları var və işlər sürətlə də gedir.

Bu gün bölgədə Rusiya sülhməramlıları ilə bərabər artıq Türkiyə hərbiçilərinin də olması o deməkdir ki, ola biləcək risklərə, ikili standartlara son qoyulacaq. Çünki Türkiyə sülhməramlı qüvvələrinin Rusiya sülhməramlı qüvvələri ilə sadəcə Azərbaycanda deyil bir sıra ölkələrdə ortaq fəaliyyətləri var. Rusiya və Türkiyənin birgə ortaq fəaliyyətləri həmin ölkələrdə çox uğurlu nəticələr ortaya qoyublar. Və eyni şəkildə bu gün Rusiya və Türkiyənin iştirakı ilə birgə monitorinq mərkəzinin qurulması və bu qərargah fəaliyyətlərinin həyata keçirərək bölgəyə nəzarəti təmin etməsi o deməkdir ki, kimlərinsə boş-boş verəcəyi bəyanatlar bir məna kəsb etməyəcək və ortada da heç bir risk olmayacaqdır".

Qeyd edək ki, "Artsaxın təhlükəsizlik şurasının katibi" kimi təqdim olunan terrorçu Vitali Balasanyan vəziyyəti yenidən gərginləşdirmək cəhdləri ilə diqqət çəkib. Balasanyan Qarabağdakı ermənilərin "təhlükəsizliyini" təmin etmək üçün əraziyə peşəkar muzdluların gətirildiyini, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə peşəkar silahlı dəstlərin yaradıldığını bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar