Xəbər lenti
“Rusiya imperiya olaraq qalır” - Fəzail Ağamalı
Rusiya Prezidenti Vladimir Putinin keçmiş SSRİ-ni bərpa etmək planının olması barədə zaman-zaman fikirlər səslənir. İndi də ilin sonunadək Kreml sahibinin bu niyyəti həyata keçirmək planının olması barədə şok xəbərlər yayılıb.
Əslində qalsa, Putin hakimiyyətdə olduğu sürəcdə belə fikirlər çox səslənib. SSRİ-nin dağılmasında birbaşa günahkar görünən sovet imperiyasının sonuncu prezidenti Mixail Qorbaçovun son açıqlamasını xatırlatmaq kifayət edər. Ekspertlərə görə, belə fikirlərlə Putin nəbz yoxlamaq istəyir, təsir dairəsində olan ölkələrin reaksiyalarını öyrənməyə çalışır. Bütün bunlara rəğmən, keçmiş sovet ölkələrinin öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldıqları dilə gətirilir. Azərbaycanın da bu məsələlərdə diqqətli olması vurğulanır.
Ana Vətən Partiyasının sədri, tarixçi professor, deputat Fəzail Ağamalı Musavat.com-a açıqlamasında SSRİ dövründə indiki Rusiyadan fərqli olaraq, imperiya sərhədlərinin daha geniş olduğunu söyləyib:
“Sovetlər dağılsa da, Rusiya, faktiki, imperiya olaraq qalır. I Pyotrun yaratdığı və sələflərinin oktyabr inqilabına qədər qoruya bildiyi əraziləri indiki Rusiya da SSRİ dağılandan sonra qoruya bilib. Putin dövründə Rusiya kifayət qədər gücləndi. Bunu etiraf etməliyik. Eyni zamanda Amerikanın əvvəlki prezidenti Barak Obama dövründə Rusiya bir az da gücləndi. Beynəlxalq aləmdə missiyalarını həyata keçirmək üçün kifayət qədər manevr imkanları əldə etdi. Putin güclü lider kimi özünü sübut etdi. Hətta Avrasiya İttifaqını yaratmaq üçün konkret addımlar atıldı. Siyasi sistemin yaradılması yolunda atılan addımlara bəzi ölkələr də qoşuldu. Sirr deyil ki, bu ittifaqa Rusiya keçmiş müttəfiq olduğu ölkələri də cəlb etmək istəyir. Ukrayna bura daxil olsaydı, ittifaq daha da güclənərdi, amma bu proseslərdən Ukrayna uzaqlaşdı. Moldova artıq Avropaya tam qovuşmaq ərəfəsindədir. Əminəm ki, Avropa Ukrayna və Moldovanı heç zaman Rusiyanın ağuşuna atmayacaq. Bütün imkanlardan istifadə edərək, buna mane olmağa çalışacaq. Qafqaza gəlincə, Gürcüstan artıq bəllidir, Qərbə doğru sürətlə gedir. Yaxınlarda viza rejiminin ləğvi ilə Gürcüstan Avropaya doğru daha bir mühüm addım atdı. Ermənistan Avrasiya İttifaqındadır. Azərbaycan isə tam müstəqil siyasət yürüdür. Əminəm ki, bu siyasəti sona qədər davam etdirəcəyik. O halda biz Avrasiya İttifaqına qoşula bilərik ki, ərazilərimizin suverenliyi tam təmin olunsun. İşğal olunmuş torpaqlarımız geri qaytarılsın. Avrasiya İttifaqına o zaman daxil olmaq mümkün ola bilər ki, suverenliyimiz təmin olunarkən bunu tanısın. Gələcəkdə bu məsələlər müzakirə predmeti ola bilər. Hərbi ittifaqlarla bağlı Azərbaycan öz yolunu seçib. Qoşulmayanlar İttifaqının üzvüdür. Orta Asiya dövlətlərindən ən güclüsü olan Qazaxıstan artıq Avrasiya İttifaqındadır. İstənilən halda Rusiya orada qalan Özbəkistan və Türkmənistanı da bu yollarla ittifaqa qoşa bilər. Buna şübhə etmirəm. Orada vəziyyət getdikcə Rusiyanın xeyrinə dəyişməkdədir. Azərbaycan öz suverenliyini və müstəqilliyini qorumaq üçün sona qədər öz iradəsini ortaya qoyacaq. Bunu ölkə başçısının həyata keçirdiyi siyasətin məntiqi və mahiyyəti deyir. Azərbaycan xalqı da müstəqilliyinin və suverenliyinin itirilməsinə heç zaman razı olmayacaq. Amma tarixi situasiyalar heç də həmişə bizim istədiyimiz kimi getmir. Bu situasiyalar elə vəziyyət yarada bilər ki, indiki Rusiya imperiyası tamamilə çökə də bilər, yaxud situasiya yetişə bilər ki, Rusiya SSRİ niyyətini həyata keçirmək üçün konkret addımlar atar. Nəticədə dünya düzəninin dəyişməsində ciddi proseslər meydana çıxar. Ortalıqda olan odur ki, Rusiyanın indiki prezidenti çox ciddi iddialarla yaşamaqdadır və bu iddialardan geri çəkilmək fikrində deyil”.
F.Ağamalı müxtəlif şəxslərin dilindən səslənən bu cür ifadələrin Rusiyanın niyyətinin anonsu olduğunu da qeyd edib:
“Lavrov müxbirin sualına Azərbaycanın suveren hüquqlarını pozaraq, ölkəmizin müharibə aparmasının yolverilməz olduğunu dilə gətirir. Görün bu məsələ hansı səviyyədədir ki, Rusiyanın xarici işlər naziri tərəfindən suveren hüquqlarımız kobud şəkildə pozulur. Təhdidlər indi də var. Onlar bu niyyətlərini gizlətmirlər. Ən müxtəlif yollarla keçmiş SSRİ respublikalarına təsir etməyə çalışırlar. Bunlardan ən universal formaya çevrilən münaqişələrdir. Azərbaycan, Ukrayna, Gürcüstan və digər dövlətlər münaqişənin içərisindədir. Orta Asiyada Rusiya istənilən hal münaqişələr dövlətlər arasında yarada bilər. Nəticədə həmin yerlər qonşu ölkənin nəzarəti altına keçə bilər. Rusiyanın əlində belə imkanlar var. Hələ ”5-ci kolon" və millətlərarası salınacaq ədavətləri demirəm. İstənilən hal bundan istifadə oluna bilər. Rusiya bu cür vasitələrlə öz ərazi iddialarını həyata keçirmək imkanlarına malikdir. Təəssüflər olsun ki, bunlar bir faktdır. Rusiya artıq ayrı-ayrı dövlətlərə öz yaxın adamlarını yerləşdirməkdədir".
F.Ağamalıya görə, Avropa İttifaqında bu gün iki qütb var: “Bir qütb Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını tələb edir, digər qütb bunun əksinə çıxır. Amerika cəmiyyəti də eyni durumdadır. Bu da etiraf etmək lazımdır ki, Rusiya və onun kəşfiyyat orqanlarının fəaliyyətinin nəticəsidir. Rusiya bu gün dünyaya sözün həqiqi mənasında meydan oxuyur. İstənilən halda Azərbaycan bu ölkə ilə gərginliyin yaranmasına imkan verməməlidir. Rusiya əmin olmalıdır ki, Azərbaycandan ona ziyan gələcək heç bir addım atılmayacaq. Necə ki, indi orada belə bir əminlik var. Biz onların əlinə bəhanə verməməliyik. Bu gərgin vaxtlarda ölkə başçısı çox uğurlu siyasət apararaq, bizə lazım olan siyasəti qurub”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar