Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlər Kabineti yeni qərarların izahını verdi

Tarix: 08-02-2021 11:12     Baxış: 2179 A- / A+
Nazirlər Kabineti yeni qərarların izahını verdi


Nazirlər Kabineti 29 və 30 nömrəli qərarların izahını verib.


Nazirlər Kabinetinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, qərarlar Mədəniyyət nazirliyindəki struktur dəyişikliyinə uyğunlaşdırılıb.

“Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanına əsasən Mədəniyyət Nazirliyinin və nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında əsasnamələr təsdiq edilib.

“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə Dövlət Turizm Agentliyinin Əsasnaməsi təsdiq edilib.

Eyni zamanda, həmin aktlara əsasən turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Dövlət Turizm Agentliyi müəyyən edilib.

Müvafiq struktur dəyişikliyinə əsasən, Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi zərurəti yaranıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar