Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Əliyev Şuşaya gedir, Paşinyan isə Xankəndiyə..."

Tarix: 03-02-2021 21:15     Baxış: 4236 A- / A+
"Əliyev Şuşaya gedir, Paşinyan isə Xankəndiyə..."

Ermənistan parlamentinin növbədənkənar iclası heç də sakit keçmir. Yetərincə sərt çıxış edənlər var. “İşıqlı Ermənistan” partiyasından Taron Simonyan da həmin sıradadır. Müxalifətçi hakimiyyətin, o cümlədən baş nazir Nikol Paşinyanın ünvanına kəskin ifadələr işlədib.

Manevr.az xəbər verir ki, Simonyan diqqəti bölgədə baş verənlərə çəkib. O, Paşinyan hakimiyyətini səriştəsiz addımlarda qınayıb.

“Belə təəssürat yaranır ki, sentyabrın 27-nə qədər məhz Ermənistan bölgədə iqtisadi, ticari əməkdaşlığa, inkişafa əngəl olurmuş. İndi mənim bir çox həmkarlarım, bu zalda olanlar da hesab edir ki, hər şey bitib, daha sülh, bölgədə yeni təhlükəsizlik sistemi, ticarət, iqtisadi əlaqələrin inkişafı haqda danışmaq olar. Halbuki Azərbaycan hələ də əməliyyatları davam etdirir”.

Ümumiyyətlə, Simonyan Azərbaycan, bizim ölkə hakimiyyəti barədə də sərt danışıb. Onun çıxışından belə qənaətə gəlmək olar ki, deputat məğlub olduqları qonşuya güvənməməyi tövsiyə edir.

“Gəlin indi onu müzakirə edək ki, Azərbaycanla necə ticarət əlaqələri quracağıq, yolları necə açacağıq. İrəli sürülən siyasətdə heç bir milli təəssübkeşlik görmürəm. Əməliyyatlardan sonra Ermənistan hökumətindən yalnız bir nümayəndə Qarabağda olub. Azərbaycan prezidenti Şuşaya gedir, Paşinyan isə Xankəndiyə səfərdən çəkinir. Bu müddətdə Ermənistan hökumətinin maliyyə dəstəyi ilə Qarabağda bir ev də inşa edilməyib”.

Taron Simonyanı narahat edən əsas məsələlərdən biri odur ki, Ermənistan hökuməti Qarabağda itirilən ərazilərin geri qaytarılması haqda danışmır. Müxalifətçi həmişə mətbuatda döyüşkən ovqatın yoxa çıxmasından gileylənir. Onun parlamentdəki çıxışı da bu əhvaldan uzağa getməyib.
"Əliyev Şuşaya gedir, Paşinyan isə Xankəndiyə..."

Parlamentin iclası sona qədər gərgin keçib. Məhkəmə kodeksinə düzəlişlər qəbul olunub. Amma bu dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmır. Belə addımlar hakimiyyətin alternativ fikri boğmaq planı kimi qiymətləndirilir. Simonyan “Panorama”ya deyib ki, hakimiyyətin bu qədər problem fonunda Məhkəmə kodeksinə dəyişiklik sevdasında olması təəccüb doğurur. “İşıqlı Ermənistan” partiyasının nümayəndəsi Ermənistan hökumətinin səmimi davranmadığını düşünür./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar