Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Rusiya Türkiyəyə təslim oldu: Ankaradan yaxa qurtara bilməyəcəyik"

Tarix: 03-02-2021 18:37     Baxış: 4197 A- / A+
"Rusiya Türkiyəyə təslim oldu: Ankaradan yaxa qurtara bilməyəcəyik"

Qarabağda Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin işə başlaması Ermənistanda böyük məyusluqla qarşılanıb.

Manevr.az xəbər verir ki, bu hadisə təkcə Ermənistanda deyil, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində də əhalinin gələcəklə bağlı ümidlərini sarsıdıb.

Ermənistan mətbuatı bu hadisəni Rusiyanın geri çəkilməsi kimi qəbul edib. Prosesin ləngiməsi orada belə bir fikir yaratmışdı ki, Kreml Türkiyəni bölgədən kənarda saxlamağı bacarıb. Amma indi o bölgədə vəziyyətə necə deyərlər, Türkiyə nəzarət edəcək. Çünki Rusiya onsuz da orada idi və xüsusi olaraq nəzarət imkanlarına hetiyacı yoxdur. Bu monitorinq mərkəzi mahiyyət etibarilə Türkiyənin bütün tərəflərin davranışı üzərində nəzarəti anlamına gəlir.

Mövzu ilə bağlı Ermənistan mətbuatında çoxlu şərhlər yer alır. Belə açıqlamalardan birini də Rusiyadan olan şərqşünas Aleksey Malaşenko Ermənistan mətbuatına verib. O, hadisəni normal adlandırmaqla yanaşı, həm də qarşı tərəfin ümidlərini qıran açıqlama ilə çıxış edib. Onun fikirlərinin yekunu bundan ibarət olub ki, Türkiyə ilə hesablaşmaq qaçılmazdır.

"Qarabağda Rusiya-Türkiyə ortaq nəzarət mərkəzinin yaradılması kifayət qədər normal haldır. Bu, tam olaraq Rusiyanın Türkiyəyə təslim olması kimi izah olunmalı deyil. Amma bu, əslində reallığı qəbul etməkdir. Reallıq isə budur ki, Ankaradan heç cür yaxamızı qurtara bilməyəcəyik",- deyə Aleksey Malaşenko Ermənistan mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Rusiya Türkiyə ilə hesablaşmadan hərəkət edə bilməz: “İndi türklərlə mübahisəyə ehtiyac yoxdur, bu səbəbdən də bu bir diplomatik addımdır. Yeri gəlmişkən, türklər özləri də yaxşı bilirlər ki, orada əsas rolu Rusiya oynayır. Bu səbəbdən burada Türkiyənin təsir gücündə böyük bir artım təhlükəsi görmürəm. Sadəcə, bu gün Rusiya Türkiyə ilə hesablaşmadan hərəkət edə bilməz",- deyə ekspert etiraf edib.

Onun sözlərinə görə, mərkəzin yaradılması siyasi bir addımdır və əhəmiyyəti real vəziyyətin inkişafından asılı olacaq. Malaşenko hesab edir ki, nə Rusiya, nə də Türkiyə qarşıdurmanın böyüməsində maraqlı deyil, çünki bu halda hər ikisi zərər görəcək.

Rusiya və Türkiyənin müdafiə nazirləri tərəfindən 11 Noyabr 2020-ci ildə imzalanan memoranduma əsasən, Qarabağ bölgəsində ortaq Rusiya-Türkiyə birgə nəzarət mərkəzi 30 yanvar tarixində Ağdamın son əməliyyatlarda azad olunmuş Mərzili kəndi yaxınlığında açılıb.

Ermənistan mətbuatı hesab edir ki, Azərbaycan bu mərkəzin inzibati binasını Ağdamda yerləşdirməklə qarşı tərəfə psixoloji təzyiq göstərir. Onların fikrincə, Azərbaycan rəhbərliyi öz ölkəsi daxilində cəmiyyəti razı salmaq və Ermənistan cəmiyyətinə psixoloji təzyiqi gücləndirmək üçün belə bir addım atıb.
"Rusiya Türkiyəyə təslim oldu: Ankaradan yaxa qurtara bilməyəcəyik"

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də Ermənistan cəmiyyətini sakitləşdirməyə hesablanan açıqlamalar vermişdi. O bldirmişdi ki, bu mərkəz uzunmüddətli siyasətin elementi deyil, sabitləşdirici məqsəd daşıyır. Medvedev bununla mesaj verməyə çalışmışdı ki, Türkiyə bölgədə uzun müddət qalmayacaq.

Bununla belə, Ermənistan cəmiyyəti baş verənləri Türkiyənin bölgədə güclənməsi kimi qəbul edir. Rusiyanın bütün səylərinə baxmayaraq, Ermənistan özünü və Qarabağdakı əhalini təhlükəsiz hiss edə bilmir./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar