Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan iki saata Qarabağdakı silahli erməni birləşmələrini ləğv edə bilər, amma...” - Rusiya Bəyannamənin 4-cü bəndini...

Tarix: 30-01-2021 23:11     Baxış: 3213 A- / A+
“Azərbaycan iki saata Qarabağdakı silahli erməni birləşmələrini ləğv edə bilər, amma...”

"Rusiya Türkiyə Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət edəcək. Halbuki silahlı erməni birləşmələri 10 noyabr Bəyannaməsinin 4-cü bəndinə əsasən, Rusiya sülhməramlı qüvvələrinin təsir zonasında qalmamali idi və çıxarılaraq sülhməramlılar onların yerində yerləşməli idi. Əgər, erməni silahlı birləşmələri çıxarılsaydı, bele bir atəşkəsə nəzarət birgə Monitorinq Mərkəzinə ehtiyac olmayacaqdı".

Manevr.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun fikrincə Türkiyə sülhməramli qüvvələri Rusiya sülhməramlı qüvvələri ilə birgə Laçın dəhlizi və Xankəndində fəaliyyət göstərsəydi erməni silahli birləşmələri bu ərazidə qalmayacaqdı:

"Türkiyə ilk gündən Rusiya ilə birgə sülhməramli qüvvələr kimi fəaliyyət göstərmək üçün təklif verirdi. Əgər, Türkiyə sülhməramli qüvvələri Rusiya sülhməramlı qüvvələri ilə birgə Laçın dəhlizi və Xankəndində fəaliyyət göstərsəydi erməni silahli birləşmələri bu ərazidə qalmayacaqdı.

Birgə Monitorinq Mərkəzində Rusiya və Türkiyə əməkdaşlığı nəticəsində erməni silhahlı birləşmələrinin ləğv edilməsinə nail olmaq üçün Bakı və Ankara Rusiya qarşısında bunu tələb etməlidir. Türkiyə çalışacaq ki, silhahlı erməni birləşmələri bu ərazilərdə ləğv edilsin".

"Nə qədər ki, silahlı ermənilər var, situasiya gərgin olacaq. Təbii ki, Azərbaycan iki saata silahli erməni birləşmələrini ləğv edə bilər. Amma, Rusiya burada maraqlı deyil", - deyə politoloq xüsusi vurğulayıb./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar